Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artıb
Yusif Nəzərli
08:09 22.09.2024
Sağlamlıq
661
Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artıb. Amerikalı tədqiqatçıların məlumatına görə, bütün xərçəng hadisələrinin 40 faizə qədəri müxtəlif həyat tərzi faktorları ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının alimləri 135 min insanın iştirak etdiyi araşdırma aparıblar. JAMA (The Journal of the American Medical Association) beynəlxalq tibbi elmi jurnalında təqdim olunan hesabatdan belə nəticəyə gəlmək olar ki, alkoqol son illərdə xəstələrin sayının artmasına səbəb olan amillərdən biridir. Yüngül və orta dərəcədə alkoqol qəbul edənlər arasında, yalnız nadir hallarda içən insanlarla müqayisədə xərçəngdən ölüm göstəricisinin artması müşahidə olunur.
Beləliklə, alkoqolun az miqdarda, məsələn ürək üçün, sağlamlığa faydalı ola biləcəyi bir mifdir. Kiçik dozalar belə, ilk növbədə mədə-bağırsaq traktına, qaraciyərə və süd vəzisinə təhlükə yaradır.
Tədqiqatlar göstərir ki, gündə təkcə bir qədəh şərabla süd vəzisi xərçəngi riski artır.
Lakin, Karolina İnstitutunun və Upsala Universitetinin epidemiologiya tədqiqatçısı Syuzan Larssonun fikrincə, artıq çəki və ya piylənmə olduqda orta dərəcədə alkoqol istehlakı ilə müqayisədə xərçəngə tutulmaq riski şübhəsizdir. "Piylənmə müxtəlif hormonlara təsir edir və bu hormonların bəziləri xərçəngin inkişafını sürətləndirir", - deyə o, qeyd edib.
Gənclər arasında xərçəng nisbətlərinin artmasına səbəb ola biləcək digər amillər qidalanma və idman məşqləri vərdişləridir. Çoxdan məlumdur ki, fiziki aktivliyin olmaması, yağlar və emal edilmiş qidalarla zəngin pəhriz xərçəng inkişafının risk faktorlarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya