Dünyada insult hallarında artım aşkar edilib
Dünyada insult hallarında artım aşkar edilib
Yusif Nəzərli
01:21 23.09.2024
Sağlamlıq
752
Oklend Texnologiya Universitetinin və Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun tədqiqatçıları bütün dünyada insult hallarının artdığını aşkar ediblər. Elmi iş “The Lancet Neurology” jurnalında dərc olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 1990-2021-ci illərdə insult keçirənlərin sayı 70 faiz, insultla bağlı ölüm hallarının sayı isə 44 faiz artıb. 2021-ci ildə insult koronar ürək xəstəliyi və COVID-19-dan sonra dünyada üçüncü əsas ölüm səbəbi olub. İnsultun artan yükünü şərtləndirən mühüm amil əhalinin qocalması və qarşısı alına bilən risk faktorlarının artan təsiridir.
Təhlil üçün 1990-2021-ci illəri əhatə edən Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edilib. Tədqiqatçılar yüksək bədən kütləsi indeksi (BKİ), qan təzyiqi, qanda şəkərin səviyyəsi və hava çirklənməsinin təsiri kimi risk amillərinin təsirini qiymətləndiriblər. Yaşa görə standartlaşdırılmış insident və ölüm nisbətləri regional fərqləri də ortaya qoyub. İnsult yükünün aşağı və orta gəlirli ölkələrdə əhəmiyyətli dərəcədə yüksək olduğu üzə çıxarılıb.
Təhlillər göstərib ki, insult nəticəsində itirilən sağlam həyat illərinin sayı 2021-ci ildə 160,5 milyona yüksəlib ki, bu da 1990-cı ildən bu yana 32 faiz artımdır. Afrika və Asiya regionları kimi aşağı gəlirli ölkələrdə xəstələnmə və ölüm nisbətləri varlı ölkələrlə müqayisədə 2-10 dəfə yüksəkdir. Piylənmə, hipertoniya və havanın çirklənməsi gənc əhali arasında insultun artmasına səbəb olan əsas amillər kimi ortaya çıxıb.
Tədqiqat həmçinin ətraf mühit amillərinin, o cümlədən yüksək temperaturun təsiri və havanın nanozərrəciklərlə çirklənməsinin əhəmiyyətli təsirini göstərdi. Risk amilləri aşağı gəlirli ölkələrdə xüsusilə yüksəkdir. Bu da ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və metabolik xəstəliklərin qarşısının alınması üçün tədbirlərin görülməsinə ehtiyac olduğunu sübut edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya