
Ən yaxşı yağlar zeytun yağıdır
Yusif Nəzərli
20:12 23.06.2022
Sağlamlıq
1876
Qida mütəxəssisi: "Satışda insan orqanizmi üçün zərərli olan, doymuş bitki yağlarına, marqarin və ucuz kərə yağlarına da rast gəlinir"
Ölkəmizdə ərzaq məhsullarının qiymətində ciddi artım baş verib. Bahalaşma demək olar ki, bütün məhsullarda müşahidə olunur. Yağ, qənd, şokolad, meyvə-tərəvəz və digər ərzaqlar əvvəlki qiymətindən xeyri dərəcədə fərqlənir.
Zaman-zaman süni qiymət artımına rast gəlsək də, bütün növ məhsulların bahalaşması mövcud durumun ciddiliyindən xəbər verir.
Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. Çünki elə məhsul var ki, qiyməti artıq bir neçə dəfə bahalaşıb.
Gündəlik tələbat məhsulları arasında əsas yer tutan qida məhsullarından biri də yağdır. Hazırda marketlərdə satışda olan kərə və bitki yağları da əvvəlki qiymətlərindən xeyli baha satılır. Vətəndaşların iddiasına görə, qiymətlər əvvəllər 5-10 qəpik bahalaşırdısa, indi 2-3 manat dərəcəsində hiss olunur. Son nəticədə onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün keyfiyyətli yağ almaq müşkülə çevrilib. Əlacsız qalan alıcıların imkanı isə ucuz qiymətə satılan, mənşəyi belə məlum olmayan yağları almağa çatır. Hansı ki, qida mütəxəssisləri adi selofanla paketlənib müxtəlif adlarla satılan trans yağların onkoloji və digər xroniki xəstəliklərə gətirib çıxarması barədə gecə-gündüz həyəcan təbili çalırlar.

Qida mütəxəssisi Ağa Salamovun “Şərq”ə açıqlamasına görə, insan orqanizmi üçün faydalı olan yalnız doymuş yağlardır. Yağlılıq dərəcəsindən asılı olaraq 20-25 litr süddən əldə edilmiş kərə, nehrə yağları doymuş sağlam yağlar hesab olunur və onların insan orqanizmi üçün heç bir zərəri olmur. Bunlar insan orqanizmində mənimsənilir, əvəzolunmaz yağ turşularını ödəyirlər.
Təbii yağlar doymuş və orqanik olduğu üçün heyvan mənşəli qidalar ancaq bu yağlarla bişirilməlidir.
Ekspertin fikrincə, satışda insan orqanizmi üçün zərərli olan, doymuş bitki yağlarına, marqarin və ucuz kərə yağlarına da rast gəlinir. Belə yağlar yüksək temperaturda qızdırılıb, hidrogenlə doydurub, rəngləndirici və dadlandırıcı maddələr qatıldığı üçün insan orqanizminə faydası yoxdur: “Əksinə, marqarin yağları bədəndə ərimədiyi üçün qaraciyərdə birbaşa zərərli xolesterinlər əmələ gətirir. Ən yaxşı yağlar tərkibində heç bir kimyəvi qatqı olmayan soyuq sıxma ilə toplanan zeytun, qarğıdalı kimi bitki yağlarıdır. Zeytun yağları bitki mənşəli duru yağ olduğu üçün bitki mənşəli yeməkləri, xüsusən də tərəvəzləri onunla qızartmaq olar. Bitki yağlarının arasında yalnız zeytun yağı istiliyə dözümlüdür. 250 dərəcəyə çatsa belə trans yağa çevrilmir.
Ona görə də kənd təsərrüfatı sahəsini genişləndirib bitki və heyvan mənşəli sağlam doymuş yağların istehsalını artırmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi