
Gündə ən az 8 saat yatın
Yusif Nəzərli
13:26 30.08.2023
Sağlamlıq
709
Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır
Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Bununla bağlı həkimə müraciət edənlər də kifayət qədərdir. Ən pisi də odur ki, yaddaşın zəfiləməsi və diqqətsizlik gənclər arasında da çoxalıb.
“Mənim yaddaşım çox zəifdir. Məsələn, indicə bitirdiyim kitabla bağlı soruşurlar, 1 cümlə deyə bilmərəm ki, nə haqdadır”. “Yaddaşım çox zəifdir, günü gündən çox pis olur. Nəyi hara qoyuram, oxuduğum dərslər hamısı yadımdan çıxır”. Həm sosial şəbəkələrdə, həm də gündəlik ünsiyyətlərdə bu kimi şikayətlər eşidirik.
Həkimlərin e-səhifələrinə, sosial media hesablarına ən çox ünvanlanan müraciət də elə “yaddaşımı gücləndirmək üçün hansı vasitələrdən istifadə edim” sualıdır.
Həkim-nevroloq Qalib Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxara bilər:
“Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir. Yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağa, hər gün eyni saatda yatıb durmağa və fiziki işlə məşğul olmağa çalışmaq lazımdır.

Qeyd etməliyik ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək bacarığına malikdir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu həm də, yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir. Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olacaqdır. Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50 faiz daha çox yaddaş zəifliyinə məruz qalırlar. Fiziki məşq zehni fəaliyyətə köməkçi olar. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər. Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı