
Günəşin altında görüməyən təhlükə: Yay istisi faciəyə çevrilə bilər
11:49 03.07.2025
Sağlamlıq
373
İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.
Bu barədə TƏBİB məlumat verib.
Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.
Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.
Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.
Günvurma ilə bağlı isə iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən 2 nəfər müraciət edib. Onlardan 1 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə yerində tibbi yardım göstərilib.
Regionlar üzrə günvurma ilə bağlı Quba və Qax rayonlarından daxil olun müraciətlər üzrə 1 nəfər tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, yay aylarında günvurma halları hər il mütəmadi olaraq müşahidə olunur:

“Bunun əsas səbəbi, əhalinin günəş radiasiyasına qarşı düzgün davranış qaydalarına əməl etməməsi ilə bağlıdır. Xüsusilə çimərliklərə gedən şəxslər günəş şüalarının ən intensiv olduğu saatlarda 11:00-dan 16:00-a qədər birbaşa günəş altında qalmaqdan çəkinməlidirlər. Daha təhlükəsiz və tövsiyə olunan vaxtlar səhər saatlarının erkən çağları 08:00–10:30 və günün ikinci yarısında saat 17:00-dan sonradır. Ultrabənövşəyi şüalar həm dəriyə, həm də orqanizmin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Dərinin yanmasına, vaxtından əvvəl qocalmasına, immun sisteminin zəifləməsinə, eyni zamanda qan təzyiqinin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsirlərə səbəb ola bilər. Xüsusilə risk qrupuna aid şəxslər -ürək-damar xəstəlikləri olanlar, qalxanvari vəz disfunksiyası ilə yaşayanlar, şəkərli diabet xəstələri üçün bu vəziyyət ciddi fəsadlarla nəticələnə bilər. Belə şəxslərə günəş şüaları altında uzun müddət qalmaq ümumiyyətlə məsləhət görülmür. Günvurma klinik baxımdan yüngül, orta və ağır dərəcəli formada təzahür edə bilər. Yüngül və orta hallarda bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, baş ağrısı və başgicəllənmə, taxikardiya (ürək döyüntülərinin artması), tənəffüsün sürətlənməsi və ümumi halsızlıq əlamətləri müşahidə olunur”.
Ekspertin sözlərinə görə ilkin yardım tədbirləri olaraq zərərçəkmiş şəxs dərhal kölgəli və sərin bir yerə aparılmalı, bədəninə sərin su vurulmalı, eyni zamanda maye qəbulu təmin edilməlidir:
“Bu hallarda təmiz su verilməsi xüsusilə vacibdir. Orta və ağır dərəcəli hallarda isə dərhal tibbi yardım göstərilməli və müvafiq müalicə tədbirləri həyata keçirilməlidir. Profilaktik baxımdan, küləkli havalarda çimərlikdən istifadə məsləhət görülmür, çünki bu zaman dəriyə təsir edən günəş radiasiyası ilə yanaşı, əlavə olaraq temperatur dəyişmələri də orqanizmə əlavə yük yarada bilər. Ümumiyyətlə, çimərlik və açıq hava fəaliyyəti zamanı günəşdən qoruyucu vasitələrdən istifadə etmək, maye balansını qorumaq və uyğun saatlarda açıq havada olmaq sağlamlıq baxımından ən doğru yanaşmadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm