Həkim bədbindir:“Korona heç vaxt həyatımızdan çıxmayacaq”
Banuçiçək Kalbalıyeva
09:47 04.08.2021
Sağlamlıq
763
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb. 225 nəfər müalicə olunaraq sağalıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb.
Statistik göstəricilər ürəkaçan deyil. Rəqəmlər növbəti qapanma ehtimalını gündəmə gətirir. Həkim-psixoterapevt Əli Nağıyev isə “Sherg.az” a açıqlamasında buna ehtiyac olmadığını söylədi:
“Fikrimcə, biz İngiltərə təcrübəsindən istifadə etməliyik. Orada lokdaun əvəzinə, vaksinləşməyə üstünlük verilir. Vətəndaşlar tibbi maska taxmaq və sosial məsafəni qorumaqla gündəlik həyatlarına davam edirlər. Təcrübə də göstərir ki, qapanmalar həm iqtisadiyyata, həm də insan psixologiyasına zərbədir”.
Ə.Nağıyev, həmçinin gələcək tendensiya barədə də proqnozunu bölüşdü:
“Buna dair ÜST-ün özünün də dəqiq fikirləri yoxdur. Sadəcə düşünürəm ki, koronavirus heç vaxt həyatımızdan çıxmayacaq. Eyni ilə digər qrip virusları kimi. Tədricən immunitet yaranacaq və COVİD adiləşəcək. Onsuz da sərt tədbirlər əbədi ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə