
Həkim: İcbari tibbi sığortanın işləmə mexanizmində boşluqlar və çatışmazlıqlar var
11:15 14.03.2025
Sağlamlıq
545
2024-cü ildə ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, il ərzində dövlət tibb müəssisələrinə 5 milyon 236 min 400 nəfər şəxs 24 milyondan çox müraciət edib. Müraciətlərin 56 faizi rayonların, 44 faizi isə Bakının payına düşüb.
Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83 656,5 min təşkil edib. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.
Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, icbari tibbi sığorta insanlar üçün çox faydalıdır:

“Amma icbari tibbi sığortanın işləmə mexanizmində boşluqlar və çatışmazlıqlar var. İcbari tibbi sığorta ilə insanlar poliklinikalara, ambulatoriyalara gedir, ilkin müayinələrdən keçir, qan analizləri verirlər. Bəzən bu cavablar gecikir. Yəni xəstəyə bildirirlər ki, beş gündən sonra gəl cavabı götür. Bu kimi çatışmazlıqlar, boşluqlar həll olunmalıdır. Nəzərə alsaq ki, ölkənin böyük referans klinik laboratoriyası əksər poliklinika və xəstəxanaların laboratoriyasının analizlərini öhdəliyinə götürüb. Analizlər, müayinələrin problemi yoxdur. Sadəcə müəyyən gecikmələr də insan axını çox olduğundan baş verir. İnsanların problemi oldu, olmadı həkimə müraciət edir. Bu sıxlıq da, gərginlik yaradaraq həkimlərin işinə maneçilik törədir. Özəl xəstəxanalarda təcili hallarda xəstəni çox gecikdirmək olmur. Yəni təcili müayinələrdən keçirmək mümkündür. Bu baxımdan da özəllərdə müayinə və müalicə bir az, müsbət yöndə baş verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya