Həkimlər xəbərdarlıq edir
Yusif Nəzərli
21:20 13.07.2022
Sağlamlıq
519
Yayda tez-tez qarşılaşdığımız 5 yoluxucu xəstəlikdən özünüzü qoruyun!
Havaların isti keçməsi bəzi xəstəliklərin artmasına səbəb olur. Bunlar əsasən yoluxucu xəstəliklər, ürək-damar sistemi xəstəlikləridir. Türkiyəli həkim, yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis Səmra Kavas yay fəslində xəstəliklərdən qorunmağın yollarını anladıb. “Şərq” “Milliyet.com”a istinadən mütəxəssisin tövsiyələrini təqdim edir. Necə qorunaq?
Yay günlərində ən çox rast gəlinən yoluxucu xəstəliklərdən biri bağırsaq infeksiyalarıdır (qastroenteritlər). Bunlar rota və adenovirus kimi viruslardır. Salmonella, shigella, s. aureus kimi bakteriyalar infeksiya mənbəyi ola bilər. Xəstəlik çirkli əllər, yuyulmamış meyvə-tərəvəz, saxlanma şəraiti pozulmuş, istifadə müddəti ötmüş qidalar, dezinfeksiya edilməmiş hovuz suyunun udulması, kanalizasiya suları qarışmış və ya çirkli su axarlarındakı sulardan içilməsi ilə yaranır. Həkim bildirir ki, ürək bulanması, qusma, ishal, qarın ağrısı və hərarətlə müşayiət olunan bağırsaq xəstəlikləri orqanizm üçün vacib elementlər – su və duz itkisinə səbəb olduğu üçün çox təhlükəlidir. Bu kimi hallar baş veribsə, orqanizmin su və duz ehtiyatının təmin edilməsi prosesi dərhal başlamalıdır. Bunun üçün də mütləq həkimə müraciət etmək, vaxt itirmədən müayinələrdən keçib, bağırsaq infeksiyasına səbəb olan bakteriyanın növü müəyyənləşməlidir ki, buna uyğun da müalicə təyin edilsin. Bəzi hallarda antibiotik dərmanlardan istifadə zərurəti yarana bilər.
Xəstəliklərdən qorunmaq üçün ən vacib şərt gigiyenik qaydalara əməl etməkdir. Əllər sabunla yaxşıca yuyulmamış heç bir qida qəbul edilməməlidir. İstifadə olunan suyun təmizliyinə əminlik olmalıdır. Ərzaqlar düzgün, tövsiyə edilən şəraitdə saxlanmalıdır, açıq havada, günəş şüalarının birbaşa təmas etdiyi, keyfiyyətsiz, təzəliyinə, keyfiyyətinə şübhə edilən qidalardan uzaq durmaq lazımdır. Süd və süd məhsulları isti havada çox tez xarab olur. Bunu unutmaq olmaz. Yay fəsli boyunca ən çox rast gəlinən xəstəliklərdən biri də sidik yollarının infeksiyasıdır. Bununla adətən çimərliklərə tez-tez gedənlər, suyu dəyişdirilməyən hovuzlarda çimənlər, çimərlik paltarını bədənində uzun müddət saxlayanlar (əynində qurudanlar) qarşılaşır. Sidik yolları soyuqlamasının qarşısı alınmadıqda böyrək çatışmazlığına səbəb olur. Həkim məsləhət görür ki, isti havalarda orqanizmin su ehtiyatı bol olsun deyə, təmiz, saf su bol miqdarda içilməlidir. Xlorla təmizlənməmiş, suyun təmizliyinə əmin olmadığınız hovuzlarda çimməkdən qaçınılmalıdır. Suya baş vurduqdan sonra mütləq duş almaq lazımdır. İslanmış çimərlik paltarları ilə gəzmək təhlükəlidir. İslanmış çimərlik paltarı dənizdən və ya hovuzdan çıxdıqdan dərhal sonra quru libaslarla dəyişdirilməlidir. Dəniz suyu, hovuzlar həmçinin, göbələk infeksiyası üçün də münbit yerlərdir. Göbələk infeksiyasından qorunmağın əsas şərti, yenə də şəxsi gigiyenaya diqqət etməkdir. İstilərdən qorunmaq üçün pambıq parçadan geyimlər, dəri, hava keçirən ayaqqabılara üstünlük verilməli, yüngül, susuzluğu yatıran qidalar qəbul edilməlidir. İsti havaların bir təhlükəsi həşərat, böcək sancmalarıdır. Gənələr müxtəlif infeksiyalar yaya bilir. İsti ölkələrə səyahətə çıxanlar zəhərli həşərat sancmalarından ehtiyat etməli, şübhəli halla qarşılaşdıqda həkimə müraciət etməlidirlər. Yay fəslinin ən arzuolunmaz xəstəliyi isə əlbəttə ki, boğaz ağrısı və onunla müşayiət olunan halsızlıq, hərarət, iştahsızlıqdır. Bu kimi halları yaradan da bakteriyalardır.
Qarşısının alınması və qısa zamanda orqanizmin özünü bərpa etməsi üçün rejimlə qidalanmaq, müalicəyə diqqət etmək lazımdır. İsti havalarda yorğun orqanizm xəstəliklə mübarizə apara bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil