
Hər il milyonlarla insan qida qaynaqlı xəstəliklərə yoluxur - Ekspertdən SOS
12:05 23.07.2025
Sağlamlıq
333
Qida zəhərlənmələrinin əsas səbəblərindən biri mikroorqanizmlərdir
Digər səbəbi isə gigiyena qaydalarına riayət edilməməsidir
Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan beş qızıl qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki,hər il dünyada milyonlarla insan qida qaynaqlı xəstəliklərə yoluxur:

“Bu xəstəliklərdən dünyasını dəyişənlər də az deyil. Əsasən uşaqlar, yaşlılar, hamilə qadınlar və immunitet sistemi zəif olan şəxslər bu təhlükəyə daha həssasdır. Qida zəhərlənmələrinin əsas səbəblərindən biri mikroorqanizmlərdir. Salmonella, e.coli, listeria və bir çox bakteriyalar çiy, yaxşı bişirilməmiş ət, süd, yumurta, təmiz yuyulmamış tərəvəz və meyvələrdə məskunlaşır. Bu bakteriyalar orqanizmə düşdükdə isə ishal, qarın ağrısı, qusma, qızdırma və halsızlıq kimi əlamətlərlə özünü göstərir. Digər səbəbi isə gigiyena qaydalarına riayət edilməməsidir. Əllərin yuyulmaması, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması, istifadə olunan alətlərin və səthlərin təmiz olmaması bakteriyaların yayılmasına şərait yaradır. Yeməklərin düzgün bişirilməməsi də riskli haldır. Başqa bir ciddi səbəb isə qida məhsullarının düzgün saxlanılmamasıdır. Bişmiş yeməklərin uzun müddət otaq temperaturunda saxlanması, soyuducuda lazımi temperaturda qorunmaması bakteriyaların sürətlə çoxalmasına gətirib çıxarır. Bəzi qidalarda pestisid qalığı, kimyəvi qatqılar və kif toksinləri də zəhərlənmə səbəbi ola bilir”.
Ekspertin sözlərinə görə son dövrlərdə saxta və standartlara uyğun olmayan qida məhsulları da narahatlıq doğurur:
“Belə məhsulların tərkibində insan sağlamlığı üçün zərərli maddələr olur. İstehsal və saxlanma şəraiti də şübhəli olduğu üçün istehlakçı olaraq bu cür məhsullardan uzaq durmalıyıq. Əlbəttə ki, qida zəhərlənməsindən qorunmaq və zərəri minumuma endirmək mümkündür. İlk növbədə yemək hazırlamazdan əvvəl və sonra əlləri sabunla yaxşıca yuyulmalıdır. Mətbəx səthləri və alətlər hər istifadədən sonra mütləq şəkildə təmizlənməlidir. Çiy ət və balıq məhsulları ilə bişən, yeyilməyə hazır qidalar heç vaxt eyni səthdə hazırlanmamalıdır. Fərqli doğrama taxtaları və bıçaqlardan istifadə olunmalıdır. Ət və toyuq məhsulları tam bişirilməlidir. Yalnız xarici görünüşə baxmaqla kifayətlənmək olmaz. Daxili temperaturun da kifayət qədər yüksək olduğundan əmin olmalıyıq. Bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan artıq saxlamaq tövsiyyə olunmur. Soyuducuda +4°C və daha aşağı temperaturda saxlamaq lazımdır. Donmuş qidaları isə otaq temperaturunda yox, soyuducuda əritmək daha təhlükəsizdir.
Qida hazırlanmasında xüsusilə içmək üçün istifadə edilən suyun təmiz və gigiyenik olması da vacib şərtdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm