Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma

Müntəzəm kitab oxumağın zehni sağlamlığı qoruduğu, stressi azaltdığı və yaşlılıqda demensiya və Alzheimer riskini aşağı saldığı müəyyən edilib.

Sherg.az xəbər verir ki, İngiltərənin Kembric Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada uşaqlıqdan yaşlılığa qədər on minlərlə insanın koqnitiv və nevroloji məlumatları təhlil olunub.

Araşdırmaya görə, 55 yaşdan yuxarı təxminən 6 min insanın beşillik müşahidəsi zamanı müntəzəm kitab, qəzet və jurnal oxuyanlarda koqnitiv zəifləmə ehtimalı daha aşağı olub. Bu qrupda Alzheimer riskinin təxminən 33 faiz azaldığı müəyyən edilib.

Tədqiqatçılar həmçinin cəmi 5 dəqiqə bədii mətn oxumağın stress səviyyəsini 20 faizə qədər azalda bildiyini bildiriblər.