
“Koronavirusun yeni dalğası ola bilər, amma...”
“Koronavirusun yeni dalğası ola bilər, amma...”
Yusif Nəzərli
11:19 07.07.2022
Sağlamlıq
552
“...bu artıq tanış olduğumuz infeksiyadır”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb. Bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır. Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.
Həmçinin koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Ötən günə olan statistik göstəricilərə görə, koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb. Hazırda 287 aktiv xəstə var.
Yeni vüsət almış meymunçiçəyi virusu və getdikcə artan koronavirus yoluxmaları növbəti qapanmalarla bağlı ehtimal formalaşdıırr.

Vəziyyəti dəyərləndirən həkim-psixterapevt Əli Nağıyev “Sherg.az”a bildirib ki, yenidən sərt karantin rejiminə keçmək məqsədəuyğun deyil:
“Bu ölkəmizə iqtisadi cəhətdən ciddi zərbə ola bilər. Lakin fikrimcə, müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Meymunçiçəyi virusunnun yoluxma qaydası koronavirusun yoluxma qaydasından tamamilə fərqlidir. Bu infeksiya daha çox sıx kontakda olan zaman yayılır. Meymunçiçəyi virusunun şiddətli vüsət alıb, geniş yayılacağını hesab etmirəm”.
Ə.Nağıyevin sözlərinə görə, koronavirus tədricən qrip kimi bir xəstəliyə çevriləcək:
“Zamanla ağırlaşmaların sayı azalacaq. Yeni dalğa ola bilər. Amma bu artıq tanış olduğumuz infeksiyadır. Çünki immunitetimiz ona qarşı müəyyən qədər müqavimət əldə edib. Virus da öz xarakterini dəyişməyə başlayıb, öz sahibini öldürməməyə can atır. Ona görə qripə bənzər bir xəstəlik kimi aramızda uzun illər qalacaq. Yəqin ki, ona öyrəşməliyik. Amma əvvəlki kimi sərt karantin rejimi olacağını ehtimal etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya