
Koronavirusun yeni variantı nə dərəcədə təhlükəlidir?
Yusif Nəzərli
06:37 18.09.2024
Sağlamlıq
662
Viruslar soyuq şəraitdə artıb çoxalır
Covid-19-a qalib gəlmişiksə, XEC-ə də qalib gələ bilərik
Koronavirusun yeni variantı olan XEC yayılmağa başlayıb. Yeni variant iyun ayında Almaniyada aşkar edilib. Bundan sonra Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra başqa ölkələrdə də bu varianta yoluxma hallarına rast gəlinib. Yeni variantın tezliklə dominanta çevriləcəyi ehtimalları səslənir. London Universitet Kollecinin Genetika İnstitutunun direktoru, professor Fransua Balloux BBC-yə bildirib ki, XEC-in digər son variantlara nisbətən “ötürülmə ehtimalı daha yüksək”dir. Bununla belə, o qeyd edir ki, XEC-in qışda dominant subvariant olması mümkündür. Kaliforniyadakı Scripps Tərcümə Tibb İnstitutunun direktoru Erik Topol isə XEC-in yayılmasının "yeni başladığını" bildirir: "Bunun bir dalğaya çevrilməsi bir neçə ay çəkəcək". Mütəxəssislər bildirir ki, bundan öncə Covid-19 əleyhinə istehsal edilmiş vaksinlər XEC-ə qarşı da effektivdir. Peyvəndlər də son variantlardan daha yaxşı qorunmaq üçün yenilənib. Lakin payızda yayıla biləcək bəzi yeni mutasiyalar da var.
Koronavirusun yeni variantı nə dərəcədə təhlükəlidir? Həkim-infeksionist Mərdan Əliyev XEC-in Covid-19-un başqa bir ştammı olan Omikronun alt variantı olduğunu dedi:

- Biz həmişə insanlarımıza bu gerçəyi təlqin etməyə çalışırıq ki, heç bir variant, hansısa virusun başqa bir variantı həmin virusun özündən, əsas virusdan daha təhlükəli, daha ağır olmur. Covid-19-a qalib gəlmişiksə, Omikron, Delta, onlardan başqa digər variantlar, həmçinin XEC-ə də qalib gələ bilərik. Bunlar Covid-19-un mutasiyaya uğrayaraq şəklini dəyişmiş variantlarıdır. İndiyədək XEC 3 qitə, 15 ölkədə yayılıb. Əlamətlərti Covid-lə eynidir. Qızdırma, baş ağırısı, əzələ ağrıları, öskürək, boğaz ağrısı, nəfəsalmada çətinlik Covid-ə yoluxmada da vardı. Bunlar soyuqdəymə, qrip əlamətləri ilə eynidir. Covid-də olduğu kimi XEC-də də iy və dadbilmənin itməsi müşahidə edilə bilər. XEC-in daha sürətli yoluxma qabiliyyəti olduğu bildirilir. Əvvəlki variantlar da belə idi. Hazırda Avropa ölkələrində yoluxanların çoxunda XEC variantı aşkarlanır. Şübhələr varsa, əlbəttə, analiz verilməlidir. COVID-də olduğu kimi PCR testi aparılmalıdır. Nəticə müsbət çıxarsa, virusun növü aşkarlanmalıdır. Müalicəsi COVID-ə qarşı aparılan müalicələrlə eynidir. Görülən əlamətləri yüngülləşdirmək üçün orqanizmi gücləndirəcək müalicə üsulu təyin edilə bilər. Mövcud peyvəndlər də effektlidir.
M.Əliyev bildirdi ki, payız mövsümünün yaxınlaşdığı, havaların dəyişkənliyi nəzərə alınaraq insanlar sağlamlıqlarına diqqətli olmalı, soyuqdan qorunmalıdırlar: - Viruslar soyuq şəraitdə artıb çoxalır. Bədən zəif olduqda xəstəlik üstün gəlir, sağalma prosesi uzanır. Əvvəlcə də dediyimiz kimi, yaxşı olar ki, insanlarımız zərurət olmadıqca kütləvi yerlərə çox getməsinlər, qoruyucu tibbi maskalardan istifadə etsinlər, evə gəldikdə əllərini yaxşıca yusunlar, sanitar-gigiyenik şərtlərə əməl etsinlər. Tədris ili yeni başlayıb. Xüsusən kiçikyaşlı uşaqlar evdən çıxıb insanların kütləvi olduğu yerlərə gedirlər. İctimai nəqliyyat və sair. Sıx təmaslardan çəkinmək lazımdır. Əsas da immuniteti gücləndirməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya