Koronavirusun yeni variantı qorxulu deyil
Yusif Nəzərli
13:17 16.07.2022
Sağlamlıq
441
İnfeksionist Mərdan Əliyev: "Əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur"
“Payıza doğru yoluxma sayında artım olacağı proqnozlaşdırılmışdı. Proseslər gözlənildiyi kimi cərəyan edir. Buna hazırlıqlı olmalıyıq”. Bu sözləri “Şərq”ə açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. COVİD-19-un yeni – BA5 variantı barədə danışan mütəxəssis bildirib ki, bu, əslində “Omicron” ştammının alt variantıdır:
- BA5 koronavirusun “Omicron” ştammının qeydə alınmış 2 yeni alt variantından biridir. Viruslarda belə halların baş verməsi tamamilə mümkündür və gözləniləndir. Alt variant nədir, belə izah edim, virusun genetik kodu dəyişməz qalır, yalnız genlərdə 1-2 dəyişiklik baş verir. BA5 də “Omicron” variantında dəyişikliyə uğramış genlərdir. Yəni “Omicron” ştammında 2 gen dəyişikliyi baş verib. Bu, çox da önəmli deyil. Əvvəllər də dediyimiz kimi, əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur. Xəstəlik əlamətlərində, xəstəliyin gedişatında bəzi fərqliliklər baş verir. Ona görə də yeni variant barədə “çox təhlükəlidir” ifadəsinin işlədilməsi düzgün olmaz.
Qeyd edək ki, son zamanlar, xüsusən də iyul ayı başlanandan koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bu isə pandemiyanın geri dönəcəyi ehtimallarını artırır. ÜST rəhbərinin “Koronavirus pandemiyasının bitməsi üçün uzun müddət gərəkdir. Virusun yeni dalğaları COVİD-19-un sonunun uzaqda olduğunu göstərir. Virus bizi sıxışdırarkən, biz onun qarşısını almalıyıq”, bəyanatı da pandemiyanın bitdiyinə ümid bəsləyənləri bir tərəfdən məyus etdi. Həqiqətən də son iki həftə ərzində yoluxma sayında nəzərəçarpacaq artım var. Türkiyəli həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis professor Bülənt Ərtuğrul qeyd edib ki, yoluxma sayının artmasına səbəb COVİD-19-un üzə çıxmış yeni variant – BA5-in yoluxuculuq gücünün daha da yüksək olmasıdır. Bu variant əvvəlkilərə nisbətən daha da yoluxucu və təhlükəlidir. Professor yoluxma sayının artmasına yay fəslində insanların bir yerdən digərinə səyahət etməsinin, yerdəyişməsinin də səbəb olduğunu göstərtir. Həkim məsləhət görür ki, fiziki məsafəni qorumaq mümkün deyilsə, hətta açıq havada da tibbi maskalardan istifadə edilməlidir. Xüsusən də istirahət yerlərində, turistik məkanlarda fiziki məsafə saxlamaq mümkün görünmür. Ona görə də qoruyucu maskalardan mütləq istifadə edilməlidir. Həmçinin, sonuncu vurulan peyvəndin üzərindən 6 ay keçibsə, yenidən peyvənd vurdurmaq məsləhətdir.
Həkim-infeksionist Mərdan Əliyev isə bu fikirdədir ki, yoluxma sayının artmasına səbəb immunitetin zəifləməsi və bunun nəticəsində xəstəliyə həssaslığın artmasıdır:
- Qeyd etdiyim kimi, yoluxma sayının payıza doğru artacağı proqnozlaşdırılmışdı və proseslərin gedişi də bunu göstərir. Yeni variant qorxulu deyil. İmmunitet zəifliyi xəstəliyə həssaslığı artırır, nəticədə yoluxma sayında artım baş verir. Tövsiyəmiz budur ki, risk qrupuna daxil olanlar (yaşlılar, xroniki xəstəlikləri olanlar) yenidən peyvənd vurdursunlar. 3-cü dozanın üzərindən müəyyən müddət keçdikdə orqanizmin virusa dözümlülüyü azalır. Virusdan qorunmağın bir yolu tam izolyasiyadır, bu isə məlum məsələdir ki, çox çətindir, hətta mümkünsüz görünür. Virusdan qorunmağın optimal yolu kimi tibbi maskalardan istifadə və peyvənd vurdurmaq qalır. Bütün hallarda insanların qorunmasında fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil