Koronaya yoluxmuş şəxslər xəstəliyi yüngül keçirirlər
Yusif Nəzərli
02:40 23.07.2022
Sağlamlıq
514
Risk qrupuna daxil olan vətəndaşların isə sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri vacibdir
Koronavirusa yoluxma sayında gündəlik artımların olması, dünyanın bəzi ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi yenidən virus xofu yaradıb. Hələlik Azərbaycanda ağırlaşmalar müşahidə olunmasa da, yoluxma sayında sürətli artım və dalğalanmalar müşahidə edilir.
Rəqəmlərin artan templə davam etməsi isə yenidən vaksinasiya məsələsini gündəmə gətirib. Mütəxəssislər risk qrupunda olan şəxslər üçün “buster” dozanın mütləq olduğunu deyib.
İnfeksionist İlahə Vəliyevanın sözlərinə görə, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin risk qrupuna daxil olan insanlar nisbətən ağır keçirirlər. Risk qrupuna yaşı 65-dən yuxarı olanlar, tibb işçiləri, müəyyən xroniki xəstəliklərdən əziyyət çəkənlər daxildir.
Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur:
“Əslində, iki doza peyvənd olunmuş vətəndaşlar koronavirusa yoluxduğu halda onların infeksiyanı ağırkeçirmə ehtimalı olmur. Belə xəstələr adətən evdə müalicə olunurlar və xəstəliyin klinikasının kəskin olduğu müşahidə edilmir.
Lakin bir müddət keçdikdən sonra orqanizmdə koronavirus əleyhinə yaranan anticisimlərin azaldığını nəzərə almaq lazımdır. Qoruyucu anticisimlər azaldıqda vətəndaşın virusa yoluxma və xəstəliyi ağırkeçirmə ehtimalı artır.
Ona görə də virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza qəbul etməsi vacib şərtdir. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.
İnfeksionistin sözlərinə görə, üçüncü dəfə peyvənd vurdurmaqdan çəkinmək lazım deyil:
“Koronavirus əleyhinə istifadə edilən buster dozanın yan təsirləri vaksinasiyanın birinci və ikinci mərhələdəkilərilə eynidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region