Meymunçiçəyinin pandemiya törətmək ehtimalı azdır
Yusif Nəzərli
12:54 25.06.2022
Sağlamlıq
1038
Müsbət hal odur ki, xəstəlik gizli dövründə də yoluxuculuq qabiliyyəti daşımır
Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.
Təşkilatın məlumatına görə, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir və infeksiyanın yayılma tempi hər həftə daha da artır.
İnfeksionist Nicat Əzimli isə “Şərq”ə açıqlamasında DSŞ-nin Hindistan mənşəli önəmsiz bir qurum olduğunu deyib: “Sözügedən təşkilatın belə bir məlumat yaymasına səbəb Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsinin iclasının keçiriləcyi ilə bağlı elanı olub.
Halbuki, ÜST meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyi ehtimalına toxunub və qlobal miqyasda təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu bəyan edib. Qeyd edilib ki, hər nə qədər koronavirusdan zəif sürətlə yayılsa belə, artıq dünyanın 60-dan çox ölkəsində meymunçiçəyi aşkarlanması heç də normal bir vəziyyət deyil. Buna görə də virusun araşdırılması və vaxtında tədbirlər görülməsində ziyanımıza heç nə yoxdur”.
İnfeksionistin sözlərinə görə, istənilən virusun mutasiya keçirib pandemiya törətmək ehtimalı var. Lakin bəzi səbəblərdən meymunçiçəyi haqqında bunun olmayacağına ümidlər daha çoxdur: “İlk öncə bu virus koronavirusdan fərqli olaraq RNT deyil, DNT tərkibli virusdur. Bu cür genoma sahib olan viruslar daha az sıxlıqla mutasiya keçirə bilir.
Bu da yeni variantların tez-tez ortaya çıxmamasına və virusa qarşı mübarizə tədbirlərinin asanlaşmasına gətirib çıxarır. Yadınızdadırsa, koronavirusun qarşısını almaqda əsas çətinlik elə tez-tez ortaya çıxan, yeni variantlar idi. Bundan əlavə olaraq, meymunçiçəyinin yoluxma mexanizmi əsasən təmasdır. Az hallarda isə hava-damcı yolu ilə ötürülə bilir. Bu da yoluxmanın sürətini azaldan, mübarizə tədbirlərini də asanlaşdıran önəmli faktordur”.
N.Əzimlinin sözlərinə görə, meymunçiçəyinin pandemiya ehtimalını azaldan digər məsələ xəstəliyin gizli dövrdə (inkubasiya dövrü) yoluxucu olmamasıdır. Koronavirus gizli dövrdə də yoluxurdu. Meymunçiçəyi isə yalnız simptomların ortaya çıxmasından sonra yoluxucu olur:
“Həmçinin simptomlar çox spesifik olduğu üçün, insan həkim olmasa belə özünün meymunçiçəyinə yoluxduğunu anlaya bilir. Beləliklə bir şəxs xəstələndikdə xəstəliyindən xəbərdar olur və özünü təcrid edərək digərlərini qorumaq imkanına malik olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi