Ölümcül bakteriyalarla bağlı XƏBƏRDARLIQ: insanı 48 saatda öldürür
Ölümcül bakteriyalarla bağlı XƏBƏRDARLIQ: insanı 48 saatda öldürür
10:36 20.06.2024
Sağlamlıq
602
Yaponiyada səlahiyyətlilər "ət yeyən" bakteriyaların səbəb olduğu və potensial ölümcül hesab edilən streptokok zəhərli şok sindromu (STSS) hallarının sayının indiyə qədər ən yüksək səviyyəyə çatdığını bildiriblər.
Medicina.az xəbər verir ki, insanların ehtiyat tədbirləri görmələri üçün xəbərdarlıq edilib.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada bu ilin iyun ayının əvvəlinə qədər ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib. Qeyd edilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Bu da onu göstərir ki, qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər yoluxma hallarının sayı rekord səviyyəyə çatıb.
Xəstəlik “streptococcus pyogenes” bakteriyası tərəfindən törədilir və tez-tez boğaz ağrısı ilə müşayiət olunur. Daha sonra əzaların nekrozu və çoxlu orqan çatışmazlığına səbəb ola bilər.
Tokio Qadın Tibb Universitetindən Yoluxucu Xəstəliklər üzrə mütəxəssis, Prof. Dr. Kikuçi Ken bildirib ki, ayaq yaraları streptokok bakterial infeksiyasına xüsusilə həssasdır. Kiçik yaraların bakteriyalar üçün mümkün giriş nöqtələri olduğunu izah edən Kikuçi, yaşlı xəstələrdə infeksiyadan ölümə qədər olan müddətin 48 saat ola biləcəyinə diqqət çəkib.
Yüksək hərarətin və yaraların sürətlə şişməsinin təhlükəli əlamətlər olduğunu ifadə edən Kikuçi, belə bir vəziyyətdə dərhal həkimə müraciət edilməli olduğunu vurğulayıb.
"Xəstə səhər saatlarında ayağında şişlik hiss edə, günorta saatlarında bu dizinə qədər yayıla və 48 saat ərzində ölə bilər", - deyə professor vurğulayıb.
Alimlər ən kiçik yaraların belə dezinfeksiya edilməsini və əl yuma vərdişinin artırılmasını tövsiyə edirlər.
Qeyd edək ki, əsasən 30 yaşdan yuxarı insanlarda rast gəlinən ət yeyən bakteriyaların yaratdığı STSS "potensial ölümcül" olaraq xarakterizə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə