
Ölümcül "Qarayara" təhlükəsi: Professor əlamətlərdən danışdı
11:39 10.06.2024
Sağlamlıq
773
Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirib.
Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, “qarayara” və ya “sibir xorası” yoluxucu zoomotik infeksiyadır:

“Bu infeksiya heyvanlardan insanlara keçir. Lakin insanlar müəyyən mənbələrdən də birbaşa da yoluxa bilərlər. Daha çox infeksiya, vegetativ əmələ gətirmiş formaya keçərək uzun müddət torpaqda və su hövzələrində qalaraq yoluxa bilər. Bu xəstəlik hətta bir ərazidə olan bəzi heyvanların tamamilə məhvinə gətirib çıxarır. “Qarayara” yayılan yerdə dərhal karantin tədbirləri görülməli, baytarlıq nəzarətinə cəlb olunmalı, bütün xəstə heyvanlar məhv edilməli, onlarla əlaqədə olan heyvanlar və insanlar nəzarətə götürülməli və proses lokollaşdırılmalıdır. Əslində hospitalizasiya düzgün addımdır. Çünki bu xəstəlik izoliya olunmalı və müalicə alınmalıdır. “Qarayara” bədənin müxtəlif hissəsində böyük nekrotik yaranın əmələ gəlməsinə xarakterizə olunur. Sanki qara qərtmək şəklində bədəndə nekrotik zona yaranır. Bu “Qarayara”nın əlamətidir. Temperatur, halsızlıq, əzələ və bel ağrıları olan zaman proses ağırlaşaraq ölümə gətirib çıxara bilər. Hər halda bu ciddi infeksiyadır. Ona görə də lokollaşdırılaraq karantin tədbirləri görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region