Özəl klinikalarda CİDDİ TƏHLÜKƏ! - Həyat mənbəyi, yoxsa ölüm nüvəsi?
Yusif Nəzərli
09:52 28.06.2022
Sağlamlıq
1174
“Klinikaların təhlükəsizlik qaydalarına riayət etməsi və tədbirlər görməsi böyük məsələdir”
“Onlar təkçə öz canları üçün yox, pasiyentlərin həyatları üçün də məsuliyyət daşıyırlar”
“Təsəvvür edin əməliyyat gedir və xəstəxananın elektrik sistemi dayanır. Bu zaman xəstə narkozda və aparatlara bağlı şəkildədir və ciddi risk yaranır”
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Buta" klinikasında yoxlama aparılıb.yoxlama zamanı xəstəxanada yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.Aşkar olunan nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib. Obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib.Yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir.binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkopan üzlük materiallarından istifadə edilib. insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb.
Obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb.yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir. Təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir.yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.
İnsanların ümidlərini özəl klinikalara bağladığı bir dövrdə, belə halların yaşanması xalq tərəfindən qınanılıb. Həyat mənbəyi olan bir müəssisədə bu qədər nöqsan olması sosial media istifadəçilərini heyrətləndirib.
Sözügedən hadisəyə münasibət bildirən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, klinikaların təhlükəsizlik qaydalarına riayət etməsi və tədbirlər görməsi böyük məsələdir:
"Bilirsiz ki kilinikalar çoxdur və günü gündən artır. Belə müəssisələrin fəaliyyətə başlaması üçün ilk öncə onların tikintisi uyğun şəkildə aparılmalıdır.xəstəxanalar təhlükəsizlik qaydalarına daha çox diqqət yetirməlidir. Onlar təkçə öz canları üçün yox, pasiyentlərin həyatları üçün də məsuliyyət daşıyırlar.
Təsəvvür edin əməliyyat gedir və xəstəxananın elektrik sistemi dayanır. Bu zaman xəstə narkozda və aparatlara bağlı şəkildədir və ciddi risk yaranır. Hər bir xəstəxanada mülki müdafiə öhdəliyini daşıyan həkim olur.
Hər bir həkimə bununla bağlı təlimat verilir və öyrədilir.sözü gedən klinika haqqında yaxşı məlumatım olmasa da, onların təhlükəsizlik qaydalarına riayət etməməsi xoşagəlməz haldır.hər bir klinikanın yanğınsöndürmə cihazları və ehtiyat çıxışları olmalıdır."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İranın Omanda müzakirə edəcəyi məsələlər açıqlandı
17:56 05.02.2026
Dünya
Rusiyanın “Tramp Marşrutu”nda iştirakı qeyri-mümkündür - ŞƏRH
17:48 05.02.2026
Gündəm
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı
17:17 05.02.2026
Gündəm
ABŞ İsraildən İrana hücum etməməsini istədi
16:59 05.02.2026
Dünya
“Kimdənsə küsmək fikrimiz yoxdur” - Qurban Qurbanov
16:55 05.02.2026
Futbol
İlham Əliyev: Qardaş ölkəyə dəstək regional sabitliyi gücləndirir
16:49 05.02.2026
Gündəm
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
16:45 05.02.2026
Gündəm
Separatçılara verilən cəza xalqı iki hissəyə bölüb - RƏY
16:43 05.02.2026
Aktual
ABŞ səfirliyindən azərbaycanlılara müraciət
16:14 05.02.2026
Gündəm
Daha 7 erməniyə hökm oxunub
16:02 05.02.2026
Gündəm
Epşteyn qalmaqalı təkcə cinayət deyil - RƏYLƏR
15:58 05.02.2026
Gündəm
Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
15:26 05.02.2026
Dünya
Naxçıvanda qarın hündürlüyü 89 sm olub - FOTO
15:24 05.02.2026
Ekologiya
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
15:16 05.02.2026
Ölkə