Pandemiya təkrar alovlana bilərmi? – İZAH
Pandemiya təkrar alovlana bilərmi? – İZAH
Yusif Nəzərli
13:31 18.07.2022
Sağlamlıq
619
COVİD-19 pandemiyası təxminən 2,5 il geridə qalsa da, son həftələrdə həm dünyanın müxtəlif yerlərində, həm də Azərbaycanda yoluxmaların sayı çoxalıb. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) hesabatına görə, ötən həftə dünyada 5,7 milyon COVID-19 hadisəsi aşkarlanıb, yoluxmaların sayı isə əvvəlki həftə ilə müqayisədə 6 faiz artıb. Bir çox ölkələrdə bu artım Omikronun BA.4 və BA.5 adlı alt variantlarının yayılması ilə əlaqədardır. Qlobal ekspertlər pandemiyanın yeni dalğasının yaşana biləcəyini bildirir.
Azərbaycanda günlük yoluxmanın sayı uzun müddətdən sonra üçrəqəmli olub. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Tendensiya davam edərsə, payızda bütün dünyada epidemiya dalğasının cilovlana biləcəyi proqnozlaşdırılır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, Omikronun BA.4 və BA.5 ştammları pandemiyanın təkrar alovlanmasına səbəb ola bilməz:
"Son günlər BA.4 və BA.5 ştammına yoluxmada artım var. Bunu “bəziləri” COVİD - 19 pandemiyasının 7-ci dalğası kimi dəyərləndirir. Madridin regional Səhiyyə Naziri Antonio Sapatero, Omikronun bu variasiyasını, hətta COVİD - 22 adlandırır. Bu ştammların kontagiozluğu çox yüksəkdir və formalaşmış immunitet onları tanımadığı iddia olunur. Odur ki, yeni vaksinlər yaradılmalı, insanlar 4-cü, 5-ci və s. dəfə peyvənd olunmalı, qadağalar qoyulmalıdır və s. Əslində elmi təhlil bunun əksini sübut edir.
Pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan 2 əsas parametrilə- yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı ilə dəyərləndirilir. Sönməsi 4 fəsli növbələşmə müddətilə dəyərləndirilən viral pandemiyaların başa çatmasının əsas şərti, məlum virusun dövrü mutasiya edərək, xələfləri sələfindən yoluxduruculuq qabiliyyətinin artması fonunda, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir. Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, yeni mutantı, formalaşan immunitetin tanımaması tamamilə qanunauyğun bir haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın. Bu təbiətin hakim “birgə yaşam” qanunudur. Yəni mütləq haldır. Bütün pandemiyalar zamanı belə olub və belə də olacaqdır. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda vardır və Bizimlə simbioz yaşayır. Və ya zamanında öldürücü, hazırda isə, unudulmaqda olan Ebola virusu və s".
Professor ana virusun dövrü mutasiyasının nəyə görə qorxulu olmadığını açıqlayıb:
"Çünki orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər onunla ilkin qarşılaşma (xəstələnmə və ya peyvənd olunma) zamanı, virusun sürət əksinin total subvahidi (örtük təbəqə, matriks, nukleoprotein sırası və spayka zülalı), gen yaddaşına həkk olan, spesifik antitellər (B yaddaş hüceyrələri) sintez edir. Bu hüceyrələr “yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. BA.4 və BA.5 ştammını immun sistemin tanımaması dedikdə, burada immunitetin yalnız S-spayka zülalını tanımaması başa düşülməlidir, bütövlükdə virusu deyil. İmmunitet virusu total subvahid şəklində, yalnız hüceyrə ona yoluxduqdan sonra tanıyır və onunla aktiv şəkildə mübarizə apararaq onu neytrallaşdırır. BA.4 və BA.5 ştammına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir və keçir. Bu ştammların hətta hansısa bir ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır. Belə bir şey ola bilməz".
Tibb elmləri doktorunun qənaətincə, istənilən viral infeksiyanın pandemiyası zamanı, kütləvi immunitetin formalaşmasının həlledici şərti, mütləq əhali qrupunun bu infeksiyaya yoluxması və ya peyvənd olunmadır. Odur ki, bəzi ölkələrdə COVİD-19-a yoluxmadakı hazırki sıçrayışların, təbii faiz nisbətində yoluxma baş verənə qədər davam edəcəyi, mütləq və qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil