
“Payızda yoluxma sayında artım gözlənilir”
Yusif Nəzərli
15:02 05.07.2022
Sağlamlıq
538
Son günlər bir neçə ölkədə koronavirusa yoluxma halları eyni anda kəskin artır.
Gürcüstanda koronavirusun Omikron ştammının (BA.5) 7-ci dalğası başlayıb. Çində koronavirusa bir gündə 300-ə yaxın yeni yoluxma hadisəsinin qeydə alındığı Anhui əyalətində 1.7 milyon insan karantinə alınıb. Fransanın səhiyyə naziri Bricit Burginyon isə COVID-19 ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarını yenidən ictimai nəqliyyatda maska taxmağa çağırıb. Bundan başqa, nazir qapalı məkanlarda da tibbi maska taxmağı tövsiyə edib.
Hazırda Fransada gündəlik 60 min civarında koronavirusa yoluxma halı qeydə alınır. Ölkə hakimiyyəti bunu koronavirus pandemiyasının yeddinci dalğası adlandırır.
Azərbaycanda isə dünənə olan statistikaya görə, aktiv xəstələrin sayı 218 nəfərdir.
Beynəlxalq ekspertlərin qənaətinə görə, yeni Omikronun BA.5 növü "Delta" və digər növlərlə müqayisədə daha tez yayılır.
Ekspertlər vəziyyətdən yeganə çıxış yolunun vaksinasiya olduğunu söyləyir.
Qeyd edək ki, Azərbaycanda son sutkada 2230 nəfər vaksinasiya olunub. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 774 761, birinci doza peyvəndlərin ümumi sayı 5 357 725, ikinci doza vaksinlərin sayı 4 854 671 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 312 490, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 875 olub.
Ölkəmiz "yağışdan çıxıb yağmura düşəcəkmi?"

"Sherg.az"ın sualını cavablandıran infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, Çində yoluxmaların artması təbiidir:
" Əvvəlcədən yoluxma müşahidə edilməmişdi. Yaxın müddət ərzində də Çində artım davam edəcək. Bizim kimi ölkələrdə isə əhalinin immuniteti formalaşıb. Yoluxma sayının yüksələcəyini düşünmürəm. Payız fəslinə doğru müəyyən artım gözlənilir. Amma pandemiya epidemiya səviyyəsinədək gəlib çıxmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil