
Professor: Doğuş və təxirəsalınmaz tibbi yardım xidmətləri icbari tibbi sığorta paketinə daxil edilməlidir
11:29 08.07.2025
Sağlamlıq
440
Adil Qeybulla: İcbari tibbi sığortaya ayrılan maliyyə vəsaiti ilə real tibbi xidmətlər arasında əhəmiyyətli fərq mövcuddur
Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.
Bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir:
“Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur.
Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər”.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, icbari tibbi sığortaya ayrılan maliyyə vəsaiti ilə real tibbi xidmətlər arasında əhəmiyyətli fərq mövcuddur:

“Praktikada təqdim olunan xidmətlərin həcmi daha genişdir, bu isə əsasən tibb işçilərinin fədakarlığı və şəxsi təşəbbüsü hesabına həyata keçirilir. Ayrılan maliyyə resurslarının həkimlər üçün nəzərdə tutulan hissəsi kifayət qədər aşağı olduğundan, göstərilən xidmətlərin bu qədər geniş spektrdə reallaşması normativ maliyyə çərçivəsindən kənara çıxan səylər nəticəsində mümkün olur. Bununla yanaşı, icbari tibbi sığorta çərçivəsində ən azı minimal xidmət səviyyəsi təmin olunmalıdır ki, vətəndaş göstərilən tibbi xidmətin keyfiyyətinə və davamlılığına əmin olsun. Xüsusilə doğuş və təxirəsalınmaz tibbi yardım xidmətləri istənilən halda icbari tibbi sığorta paketinə daxil edilməlidir. Bu, beynəlxalq təcrübədə də qəbul olunmuş standart yanaşmadır, çünki bu xidmətlər həyati vacib və operativ müdaxilə tələb edən hallardır. Lakin bəzi klinik vəziyyətlərdə xəstənin reanimasiyaya yerləşdirilməsi, klinik vəziyyətin ağırlaşması və ya əlavə patologiyaların ortaya çıxması ehtimalı mövcuddur. Bu səbəbdən, tibbi sığorta paketi və onun əhatə dairəsi üzrə bütün aspektlər dəqiqliklə tənzimlənməlidir. İcbari tibbi sığorta mahiyyət etibarilə maliyyə sənədidir və bu baxımdan onun hüquqi və iqtisadi əsasları dəqiq və şəffaf şəkildə müəyyən olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə