
Professor: İstənilən infeksiyanın Azərbaycana daxil olması mümkündür
12:37 04.08.2025
Sağlamlıq
395
İtaliyanın Latsio bölgəsində 93 yaşlı qadın Qərbi Nil virusundan dünyasını dəyişib və bu, ölkədə ilin əvvəlindən bəri eyni xəstəlikdən onuncu ölüm hadisəsi olub. Eyni zamanda, Avropanın beş ölkəsində yoluxma hallarında artım qeydə alınıb.
Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 10 nəfərə çatıb.
Ölkənin Milli Sağlamlıq İnstitutu öz hesabatında bildirib ki, 24-30 iyul tarixləri arasında insanlarda Qərbi Nil virusuna 57 yeni yoluxma halı qeydə alınıb. Virusdan ölüm nisbəti 20% təşkil edir.
Öz növbəsində, Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi virusla bağlı son məlumatları açıqlayıb. İtaliyadan başqa, Yunanıstan, Rumıniya, Bolqarıstan və Fransada da xəstəlik hallarının qeydə alındığını bildirib.
Xatırladaq ki, Qərbi Nil qızdırması ağcaqanad dişləməsi ilə ötürülən təhlükəli virus xəstəliyidir. Ağır hallarda o beyin maddəsinin iltihabı, limfadenopatiya, selikli qişaların zədələnməsi və ekzantema ilə müşayiət olunur.
Xəstələrin 20%-də temperaturun kəskin yüksəlməsi, baş ağrısı, boğaz, əzələ, oynaq və bel ağrıları, zəiflik, ürəkbulanma və ishal ilə xarakterizə olunan qripə bənzər əlamətlər görünür. Həmçinin genişlənmiş qaraciyər və dalaq, sinir sisteminin zədələnməsi - meningit, ensefalit, iflic kimi hallar müşahidə oluna bilər.
Xəstəliyin xüsusi müalicəsi yoxdur.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, istənilən infeksiyanın Azərbaycana daxil olması mümkündür:

“Bu, qloballaşan dünyada insanların fasiləsiz hərəkəti ilə bağlıdır. Nəfəs yolu ilə yayılan, hava-damcı infeksiyalarının ölkəyə daxilolma ehtimalı xüsusilə yüksəkdir. Qərbi Nil virusu ağcaqanadlar vasitəsilə yayılan bir patogendir və insana da keçə bilər. Lakin insanlarda adətən bu virus yüngül simptomlarla keçir və ciddi klinik ağırlaşmalar müşahidə olunmur. Mövcud vəziyyətdə 93 yaşlı qadının ölümündə yaş amili, orqanizmin fizioloji resurslarının azalması və ehtimal ki, onun komorbid vəziyyəti və ya ciddi yanaşı xəstəliklərin mövcudluğu rol oynamış ola bilər. Bu səbəbdən də ölüm hadisəsinin birbaşa Qərbi Nil virusu ilə əlaqəsinin təsdiqlənməsi üçün dəqiq laborator və klinik sübutlar tələb olunur. Bununla yanaşı, Qərbi Nil virusunun geniş yayılması və kütləvi ölüm hallarına səbəb olması ehtimalı real görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət