
Professor: Qida əlavələri və dərmanla bağlı məsləhətlər vermək yalnız həkimin səlahiyyətindədir
13:26 19.09.2024
Sağlamlıq
746
Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinə müraciət edib.
"Sherg.az" xəbər verir ki, nazirliyinin yaydığı məlumatda “Dərman vasitələri haqqında” qanunun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılmasının qadağan olunduğu bildirilib.
Qeyd olunub ki, həmin qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
"Yuxarıda qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək".
Orofessor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, qida əlavələrinin Azərbaycanda qeydiyyatı Səhiyyə Nazirliyinin müvafiq strukturu və Qida Agentliyi tərəfindən aparılır:

''Əslində bu vasitə xəstəyə dərman kimi təyin edilir. Həmin qida əlavələrinin çoxusu vitamin mineral kompleksindən, bioflavonoidlərdən, müxtəlif üzvi və qeyri-üzvi maddələrdən ibarət olduğu üçün bunun təyinatı ilə həkim məşğul olmalıdır. Nəzərə almalıyıq ki, bəzi dərman preparatlarının, vitaminlərin bədəndə düzgün fəaliyyət göstərməsi üçün əlavə maddələrə ehtiyac olur. Məsələn, D vitamininin çalışmasına görə, orqanizmdə C, E,K2, B2 vitaminləri olmalıdır. Əks halda, D vitamininin normal işləməsi təmin olunmur. Buna görə də qida əlavələrinin keyfiyyət parametrləri analiz nəticələrinə uyğundursa, qida əlavəsi həkim tərəfindən xəstəyə təyin oluna bilər. Yəni, burada qeyri- adi birşey yoxdur. Ümumiyyətlə, xəstələrə hansısa qida, pəhriz, qida əlavələri, dərmanla bağlı məsləhətlər vermək yalnız həkimin səlahiyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi