
Professordan xəbərdarlıq: Dəniz suyunun insan sağlamlığı üçün müəyyən riskləri mövcuddur
11:07 28.07.2025
Sağlamlıq
441
"Uşağın açıq su hövzələrində çimməsi bir çox infeksiyaya yoluxma və hipotermiya ilə nəticələnə bilər".
Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakov deyib.
Həkim südəmər və ya məktəbəqədər yaşda olan uşağın su hövzəsində çimməsinin körpələrin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib:
"Bu yaşda immunitet sistemi hələ də inkişaf edir və tam qorunma təmin etmir, buna görə də açıq su hövzəsində üzməyi 2-3 yaşa qədər təxirə salmaq daha yaxşıdır".
Batrakov vurğulayıb ki, südəmər uşaq rotavirus infeksiyası ilə yoluxa bilər:
"Ona görə də çimərliyə getməzdən əvvəl bir yaşa qədər uşaqları rotavirus infeksiyasına qarşı peyvənd etmək daha yaxşı olardı".
Mütəxəssis əlavə edib ki, körpələr qumun dadına tez-tez baxdıqları üçün çimərlikdə onlara ciddi nəzarət edilməlidir. Həkim qeyd edib ki, qum tənəffüs yollarına daxil olduqda aspirasiya riski yaradır və boğulma ilə nəticələnə bilər.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, dəniz suyu şirin sudan fərqli olaraq duzlu olur:

“Duzlu mühitdə bir sıra infeksion agentlər, eləcə də uzun müddət dənizdə qalmış heyvan qalıqları yaşama qabiliyyətini itirir. Bununla belə, dəniz suyunun insan sağlamlığı üçün müəyyən riskləri mövcuddur. Əsas təhlükələrdən biri dəniz suyunun müxtəlif bakteriyalara davamlı olması, həmçinin neft məhsullarının qalıqları və sənaye axıntıları ilə çirklənməsidir ki, bu da insan orqanizminə zərərli təsir göstərə bilir. Eyni zamanda, dənizdə baş verən ştormlar və güclü dalğalanmalar da təhlükə yarada bilər. Son dövrlərdə dənizdə boğulma hallarında artım müşahidə olunur. Bunun mümkün səbəblərindən biri də dənizdə yaranmış yarğanlar və çatların mövcudluğudur. Bundan əlavə, dəniz mühitində insanlar üçün potensial təhlükə yarada biləcək canlılar dəniz ilanları, meduzalar və dəniz kirpiləri ola bilər. Xəzər dənizi üzrə meduza və zəhərli dəniz ilanlarının mövcudluğu barədə məlumat yoxdur, lakin burada suitilərin yaşadığı məlumdur. Bu səbəbdən çimərlik zonaları müəyyən edilməli və onlara sanitar-gigiyenik nəzarət gücləndirilməlidir. Təəssüf edirəm ki, hazırda bir çox çimərlik əraziləri zəbt olunub. Bu əraziləri zəbt edən şəxslər müvafiq dövlət qurumları ilə bağlanmış müqavilələrə əsasən həmin sahələri vaxtaşırı təmizləməli, dəniz suyunun və dibinin tərkibini yoxlamalıdırlar ki, çimənlər üçün sağlamlıq baxımından hər hansı təhlükə yaranmasın. Digər mühüm məsələ uşaqların təhlükəsizliyidir. 14 yaşına qədər uşaqların mütləq müşayiət altında dənizə girməsi təmin olunmalı, onların tək çimməsinə yol verilməməlidir, çünki boğulma riski bu yaş qrupunda daha yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət