
Ptofessordan həyacan təbili: “Meymunçiçəyi” virusu qapıdadır
Yusif Nəzərli
05:57 06.09.2024
Sağlamlıq
595
Xəstəxanalarda xüsusi yerlər ayrılmalı, tam hazırlıqlı olmaq lazımdır
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bununla bağlı Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir ki, görüşdə cari ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub. Hazırda bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Yekunda rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.
COP29-da iştirak etmək üçün ölkəmizə gələcək qonaqların sayının çoxluğu diqqətə alındıqda, əlbəttə, preventiv tədbirlər xüsusi önəm daşıyır. Məlumdur ki, koronavirus zamanı ölkə xaricinə çıxan vətəndaşlardan və ölkəyə gələn qonaqlardan Covid pasportu təqdim etmək tələb olunurdu. Oxşar tələb indi də irəli sürülə bilərmi? Ölkəyə gələcək qonaqlardan “meymunçiçəyi” virusuna yoluxmadıqlarına dair tibbi arayış tələb etmək ehtimal olunan təhlükənin minimuma endirilməsində əhəmiyyətli olardımı?
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, “meymunçiçəyi” virusu COVID-19-dan fərqlənir:

- COVID-19-un əlamətləri özünü qısa müddətdə büruzə verirdi. “Meymunçiçəyi” virusu fərqlidir. Bu virusa yoluxduqda onun gizlilik dövrü bir neçə həftəyə qədər, ola bilsin, bəzən 3 həftəyə qədər davam edir. Ona görə də mümkündür ki, insanda “meymunçiçəyi”nə yoluxduğunun heç bir əlaməti olmasın, sağlam insan kimi gəlsin, amma əlamətlər sonra burada üzə çıxsın. “Meymunçiçəyi” ilə bağlı situasiya koronavirusdan fərqlidir. Hətta sağlamlıq arayışı olan, müayinələr zamanı meymunçiçəyi virusu aşkarlanmamış adam yoluxmuş ola bilər, sadəcə, onun əlamətləri özünü bir neçə həftə sonra göstərə bilər. Mümkündür ki, müəyyən zəifliyi, xəstəlik əlaməti, dəri əlaməti olan şəxs tibbi müayinəyə cəlb edilsin, müəyyən müddətə izolə edilsin. Amma hər hansı əlamət olmadan kimisə müayinəyə cəlb etmək real deyil.
A.Qeybulla qeyd etdi ki, COP29 ərəfəsində ölkəyə xeyli sayda əcnəbinin gələcəyi nəzərə alınaraq bütün sahələrə diqqət artırılmalıdır:
- Hesab edirəm ki, qabaqlayıcı tədbirlər gücləndirilməlidir. COP29 ərəfəsində təhlükəli ola biləcək halların qarşısı dərhal alınmalıdır. Xəstəxanalarda xüsusi yerlər ayrılmalı, tam hazırlıqlı olmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial