Qastroenteroloq: Evdə hazırlanan turşular bağırsaq florasını gücləndirir
22:35 08.10.2025
Sağlamlıq
428
Sağlamlığın silahıdır
Amma düzgün hazırlamaq şərtdir
Evdə hazırlanan turşular yalnız mətbəximizin vazkeçilməzi deyil, həm də sağlamlığımız üçün əvəzsizdir. Fermentləşdirilmiş tərəvəzlər dadlı olmaqla yanaşı, bağırsaq sağlamlığını dəstəkləyən və immunitet sistemini gücləndirən probiotiklərlə zəngindir. Son araşdırmalar göstərir ki, turşular yalnız nahar və ya şam yeməyində deyil, səhər yeməyində də istifadə edilə bilər. Təbii fermentasiya prosesi nəticəsində yaranan faydalı bakteriyalar bağırsaq florasını gücləndirir, həzmi asanlaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır. Səhər yeməyində turşu yemək həm həzm sisteminizi gün ərzində dəstəkləyir, həm də toxluq hissi yaradaraq nahara qədər aclıq hissini azaldır. Bundan əlavə, turşular günə zəngin vitamin və mineral ehtiyatı ilə başlamanıza kömək edir və bədənin zərərli mikroblara qarşı müqavimətini artırır.
Mütəxəssislər isə qeyd edirlər ki, tərkibində yüksək miqdarda duz olduğuna görə turşular hər gün, aşırı miqdarda yeyilməməlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi qədər yeməlidir. Bu, yüksək təzyiq, diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olan insanlarda problemlərə səbəb ola bilər. Ona görə də lazım olarsa heç yeməməlidirlər.
Mövzuyla bağlı ”Sherg.az”a açıqlamasında hepatoloq-qastroenteroloq Sevindik Arazov turşuların sağlamlıq üzərindəki təsirini müsbət dəyərləndirib. O deyib ki, evdə hazırlanan turşular düzgün şəkildə istehlak edildikdə, həzm sistemini dəstəkləyir və bağırsaq florasını gücləndirir. Bununla yanaşı, qida təhlükəsizliyi məsələlərinə də diqqət yetirərək, turşuların düzgün hazırlanmasının vacibliyini qeyd edib. Həkimin sözlərinə görə, turşuların səhər yeməyində istifadəsi, gün ərzində həzm sisteminin dəstəklənməsi və toxluq hissinin artırılması baxımından faydalıdır. Lakin onların düzgün şəkildə hazırlanması və saxlanması vacibdir ki, sağlamlıq üçün risk yaratmasın:
“Əvvəla, onu deyim ki, turşular tərkibindəki təbii fermentlər, vitaminlər və antioksidanlar sayəsində orqanizm üçün çoxsaylı faydalar təmin edir. Təbii şəkildə fermentləşdirilmiş turşular immun sisteminin fəaliyyətini dəstəkləyir, orqanizmi soyuqdəymə və infeksiyalardan qoruyur. Xüsusilə kələm və çuğundur turşusu antioksidan baxımından zəngindir və bədəndə sərbəst radikalların yaratdığı hüceyrə zədələnmələrinin qarşısını alır. Turşuların liflə zəngin olması çəkiyə nəzarətdə mühüm rol oynayır, toxluq hissini uzadır və qəbizliyin qarşısını alır. Tərkibindəki probiotik bakteriyalar bağırsaq florasının sağlamlığını qoruyur. Bu da həm immun sisteminə, həm də həzm prosesinə birbaşa müsbət təsir göstərir. Amma hər bir qidada olduğu kimi, burada da əsas məsələ miqdardır. Turşudan çox istifadə etmək orqanizmə zərər verə bilər. Turşuların tərkibindəki duz və turşuluq mikroorqanizmlərin çoxalmasının qarşısını alsa da, yanlış saxlanma şəraiti zəhərlənmə riski yarada bilər. Qapağı şişmiş, xoşagəlməz qoxulu və ya bulanıq görünən turşular qətiyyən istehlak edilməməlidir. Ev şəraitində hazırlanan turşuların gigiyenik qaydalara uyğun hazırlanması vacibdir. Əks halda, orqanizmə zərər verə və ciddi qida zəhərlənməsinə səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya