
Qida tədqiqatçısı: Konservlər sərin, quru və günəş işığından uzaq yerlərdə saxlanmalıdır
13:33 30.07.2025
Sağlamlıq
349
Asim Vəliyev: Etiket məlumatı olmayan məhsulun təhlükəsizlik səviyyəsi “0”dır
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sex fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus olub.
Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, bütün qida məhsullarını seçərkən mütləq şəkildə etiket məlumatlarına diqqət etməliyik:

“Hər bir konserv məhsulunun üzərində məhsulun adı, tərkibi, istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adı və ünvanı, saxlanma şəraiti və kütləsi qeyd olunmalıdır. Etiketsiz məhsul qeyri-qanuni sayılır. Şişmiş, deformasiyaya uğramış və paslanmış bankalardan olan qida məhsullarını almamaq məsləhətdr. Qapağın içəridən şişməsi botulizm kimi çox təhlükəli zəhərlənmə riskinin göstərir. Konservin içərisindəki maye bulanıq, qatı, məhsulun rəngi solğun və qeyri-təbii görsənirsə, bu texnoloji prosesin pozulma göstəricisdir. Konservlər sərin, quru və günəş işığından uzaq yerlərdə saxlanmalıdır. Meyvə-tərəvəz konservləşdirilməsi ciddi texnoloji ardıcıllıq tələb edən bir prosesdir. Əgər bu ardıcıllıq pozulursa çox ciddi təhlükə riskləri yaranar. Pis yuyulmuş tərəvəz, qeyri-steril alətlər və çirklənmiş su ilə istehsal olunan konservlərdə kif və maya göbələkləri əmələ gələ bilir. Bu da allergik reaksiyalar, bağırsaq pozuntuları və hətta aflatoksin kimi kanserogen maddələrin yaranmasına gətirib çıxarar. Sanitar-gigiyenik şəraitə əməl edilmədikdə isə bakteriyalar məhsula keçərək 2-3 saat içində zəhərlənməyə səbəb ola bilir. Bu hal ishal, qusma, qızdırma kimi simptomlarla özünü göstərir. Etiket məlumatı olmayan məhsulun kim tərəfindən, nə vaxt, hansı şəraitdə və hansı maddələrlə hazırlandığını bilmədiyimiz üçün təhlükəsizlik səviyyəsi “0”dır. Bu tip məhsullarda kimyəvi qatqılar, qadağan olunmuş konservantlar və allergik maddələr ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə