“Qırmızı həyəcan” elan olundu
Yusif Nəzərli
21:12 18.07.2022
Sağlamlıq
618
Avropada son günlərdə isti havadan mindən artıq insan ölüb
Qızmar istilər Avropanı “qaynar qazan”a döndərib. Ən dəhşətlisi isə şiddətli istilərin insan ölümlərinə səbəb olmasıdır. “NTV.com.tr” xəbər verir ki, Avropada son günlərdə isti havadan mindən artıq insan ölüb. Böyük Britaniyada ölkə tarixində ilk dəfə şiddətli istilər səbəbilə fövqəladə vəziyyət - “qırmızı həyəcan”, Fransada 15 bölgədə “qırmızı”, 51 bölgə isə “narıncı təhlükə” elan edilib. Belçika və Almaniyada rekord temperatur yüksəkliyi qeydə alınıb. Ümumilikdə Avropada isti hava səbəbiylə ölənlərin sayı mini ötür.
Fövqəladə vəziyyətlə bağlı məktəblərin vaxtından əvvəl tətilə çıxacağı, xəstəxanalara qeydiyyatların ləğv ediləcəyi gözlənilir. Metereoloqlar şiddətli istilərin qarşıdakı 2 gündə davam edəcəyini bildirir və əhalini ehtiyatlı olmağa, istilərdən qorunmağa çağırır.
Temperaturun 40 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır. İtaliya hökuməti də həkim briqadalarını və xilasetmə qruplarını hazır vəziyyətə gətirib, vətəndaşlara məcbur qalmadıqca evdən çıxmamağı tövsiyə edib. Qızmar istilərin sabah Almaniyaya çatacağı gözlənilir. Ölkənin cənubunda və qərbində havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi qeyd edilir. Mütəxəssislər insan tələfatı ilə bağlı xəbərdarlıq edib.
BBC-nin xəbərinə görə, İspaniya və Portuqaliyada insan tələfatı mindən artıqdır. İtaliya, Fransa, Belçika və Niderland isə tələfatlar barədə məlumat vermir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial