Son vaxtlar allergik xəstələrin sayı artıb
Yusif Nəzərli
09:55 20.07.2022
Sağlamlıq
574
Buna küləkli havada tozun miqdarının artması da təsir edir
Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir: "İyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1,4, Nizami rayonunda 1,5, Səbail rayonunda isə 1,2 dəfə yüksək olub. Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.
Qeyd edək ki, ölkəmizdə hökm sürən tozlu və küləkli hava şəraitinin bir çox insanın səhhətinə mənfi təsiri qaçılmazdır. Araşdırmalara görə, bu cür havalar insanların əsəb sisteminə təsir göstərir və insanların psixoloji durumunu pozur.
Ekoloqlar son vaxtlar Bakıda havanın tərkibinin dəyişdiyi barədə tez-tez danışırlar. Söhbət şəhər havasında çirklənmənin səviyyəsinin artmasından gedir. Bir yandan istiləşmə nəticəsində havanın tərkibində zərərli qazların artması, o biri bir yandan da küləyin və tikintinin yaratdığı toz-duman, məişət tullantılarının yandırılması və avtomobillərin işləməsi nəticəsində əmələ gələn tüstü, kanalizasiya sularının axıdıldığı gölməçələrin üfunət qoxusu nəfəsalmanı çətinləşdirir. Havanın çirklənməsinə şərait yaradan faktlardan biri də yaşıllıqların kütləvi məhvidir. Bir sözlə, Bakıda atmosferin çirklənməsi artıq insanların canına hopub.
Küləkli və tozlu hava şəraitinin insan orqanizminə təsirindən danışan terapevt Vəfa Əhmədovanın sözlərinə görə, küləkli havada tozun miqdarı çoxalır, bu da ilk növbədə göz və tənəffüs yollarında olan problemlərin daha ciddiləşməsinə səbəb olur: "Toz əsasən obstruktiv bronxit xəstəliyini yaradır ki, bunun da yaranması üçün tozu uzun müddət qəbul etmək lazımdır. Külək və küləyin qaldırdığı toz hər zaman ziyanlıdır.
Çünki toz olan yerdə insan nəfəs aldığı zaman təbii ki, ağciyərlərdə müxtəlif xəstəliklər yarana bilər. Amma o xəstəliklərin yaranmasında insan orqanizmindən da çox şey asılıdır.
Heç bir xəstəliyi olmayan insanlar üçün anlıq olan toz çox da böyük rol oynamır. Əsasən xroniki xəstəliyi olan insanlarda və ya orqanizmi zəif olanlarda, yaxud həmin xəstəliyə meyilli olanlarda yaranır. Toz əsasən allergik xəstəliyi olan insanlara təsir edir. Yəni xəstəliyi sürətləndirə bilir. Obstruktiv bronxit xəstəliyi var ki, onun yaranması üçün də tozu uzun müddət qəbul etmək lazımdır. Sağlam adamlarda hər hansı bir xəstəliyi yaratma ehtimalı demək olar ki, yoxdur.
Amma ağciyərində genetik kodda zəiflik, yuxarı tənəffüs yolunda müəyyən problem olan insanlarda xəstəlik yarada və mövcud xəstəliyi sürətləndirə bilər”.
Həkimin fikrincə, havada toz dumanının artması ən çox tənəffüs sistemi xəstəlikləri olan, nəfəsalma problemləri yaşayan, allergik xəstəliklərdən əziyyət çəkən insanlara təsir edir:
“Axır vaxtlar allergik xəstələrin sayı artıb. Ola bilər ki, havada toz miqdarının artmasının da buna təsiri var. Havada tozun miqdarının artması qeyd etdiyim problemləri olmayan adamlara da təsirsiz ötüşməz. Çünki ciyərlərimiz təmiz oksigeni alır və karbon qazını buraxır.
Aldığımız havanın tərkibində oksigenin miqdarı az, tozun miqdarı çox olarsa, əlbəttə ki, orqanizmə təsir edəcək. Sabah infeksion xəstəlik, soyuqdəymə, ağciyər xəstəliyi keçirsək, ciyərimiz əvvəlki kimi sağalmaya, müalicə yüz faiz sağalma ilə bitməyə bilər. Çünki insanın sağalmasında ətraf mühitin, ekologiyanın da təsiri var.
Tozlu havada insanlar müəyyən qədər qorunmalıdırlar. Çalışmalıdırlar ki, həmişə ağızla yox, burunla nəfəs alsınlar. Çünki ağızla nəfəs aldıqda hava baryersiz olaraq ağ ciyərlərə gedir. Tozlu havalarda qoruyucu maskalardan istifadə məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil