Təbii aspirin: Ürək və beyin sağlamlığını qoruyur!

Qidalanma mütəxəssisləri sardalyanı “təbiətin aspirini” adlandırır. Həftədə 1-2 porsiya sardalya yemək, ürək-damar xəstəlikləri riskini 30%-dən çox azaldır.
Sherg.az səbəbləri təqdim edir:
Omeqa-3 yağ turşuları (EPA və DHA) ilə zəngindir – ürəyi qoruyur, iltihabı azaldır, Alzheimer riskini azaldır.
D vitamini, B12, kalsium, GLA (omeqa-6) və dəniz kolageni tərkibi – beyin, sümük, dəri və hormonal sağlamlığa dəstək olur.
Aşağı civə tərkibi ilə digər balıqlara nisbətən daha təhlükəsiz seçim hesab olunur.
İstifadə tövsiyələri:
Konservləşdirilmiş sardalya ucuz və əlçatandır.
Açıldıqdan sonra duzlu suda və ya yağda olanlar 1 gün, pomidor sousunda olanlar 1 həftəyə qədər saxlanmalıdır.
Yüksək sodyum tərkibli olduğu üçün hipertoniya xəstələri əvvəlcədən həkimlə məsləhətləşməlidir.
 Nəticədə sardalya – həm sağlam, həm də büdcəyə uyğun super qidadır.