"Artıq bununla bağlı bir neçə universitet, o cümlədən Azərbaycan Dövlət İqtisadiyyat Universiteti artıq məlumat verib. Tələbələrin "Covid-19" əleyhinə pasportunun olması, yəni vaksinasiyadan keçməsi ilə bağlı sənədin olması artıq bir növ zərurətə çevrilir. Düşünürəm ki, dərslər sentyabr ayının 15-dən ənənəvi qaydada başlanacaqsa, bütün ali təhsil müəssisələrində tələbələrdən həmin pasportun tələbi mümkün olacaq. Yəni dərslər ənənəvi qaydada olacaqsa, o zaman hər kəsdən vaksinasiya olunması tələb olunacaq. Əslində vaksinasiyanın könüllülük prinsipində həll edilməsi bildirilmişdi. Amma bu kimi hallar heç də könüllülük əsasında vaksinasiyanın həyata keçirilməsini göstərmir. Əslində burda məqsəd bundan ibarətdir ki, əgər biz dərslərin ənənəvi qaydada olmasını və yaxud da əvvəlki həyata qayıtmağımızı istəyiriksə, hər kəs vaksinasiya olunmalıdır. Bu məsələyə bu məntiqlə yanaşılmalıdır. Həm dövlət, həm də özəl ali təhsil müəssisələrində hamıdan "Covid-19" pasportu tələb olunacaq. Həmçinin, kolleclərdə də bu kimi tələblər böyük ehtimalla olacaq".
Universitetlərdən artıq çağırış səsləri eşidilir