Xaricə gedən hər kəs peyvənd olunmalıdır
05:15 06.07.2021
Sağlamlıq
571
"Başa düşməliyik ki, peyvənd milyonlarla insanın ölümünün qarşısını aldı"
Səhiyyə Nazirliyi səyahət edən vətəndaşlara müraciət edib. Müraciətdə deyilir: "İnsanlar hava limanlarında və təyyarələrdə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş qaydalara ciddi şəkildə riayət etməlidirlər. Hərarətin ölçülməsi, maska, sosial məsafəni qorumaq, lazım olduqda üzlük və əlcək istifadə etmək, kabin içərisində əl çantaları xaricində əşyalar götürməmək kimi qaydalara əməl olunmalıdır".
Bildirilib ki, paylanılan gigiyena dəstləri səyahət zamanı istifadə üçündür: "Yoluxma riski insanın başqaları ilə nə qədər yaxın təmasda olduğu ilə artır. Uçuşlar zamanı yaxın təmas və uzun söhbətlərdən çəkinmək tövsiyə olunandır. Bir çox ölkədə yayılmış COVID-19 yeni ştamlarının ölkə ərazimizə daxil olmaması məhz bizim əlimizdədir. Ölkəmizi qorumağa özümüzdən başlayaq".
Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim-pulmonoloq Nərminə Rəfiyeva deyib ki, insanlar səyahət edərkən, çox diqqətli olmalıdırlar. Çünki yumşalmalar heç də epidemiyanın sovuşması demək deyil:
"Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda vaksinasiya prosesi sürətlə davam etməkdədir. Artıq “COVİD 19”-la mübarizənin sonuncu – peyvəndlənmə mərhələsinə gəlib çıxmışıq. Və bu mərhələyə bütün bəşəriyyət olaraq hansı həyəcanları, nə kimi narahatlıqları, itkiləri, riskləri adlayaraq keçib gəldiyimizi də bu günləri hamımız yaxşı xatırlayırıq. “COVID-19” bəlası bütün Yer kürəsini qəfil və hazırlıqsız yaxaladı. Bir çox ölkələr belə bir fövqəladə situasiyaya, pandemiya fəlakətinə hazır deyildi. Ancaq Azərbaycan dövləti pandemiya fəlakətinin ilkin mərhələsində kifayət qədər adekvat davrandı. Pandemiya təhlükəsi başlayanda dövlətimiz təcili preventiv tədbirlər gördü, bir sıra vacib addımlar atdı. Bunun nəticəsində biz pandemiyanın bütün dalğalarını minimum itkilərlə adlamağı bacardıq. Başa düşməliyik ki, peyvənd milyonlarla insanın ölümünün qarşısını aldı. Buna görə də hər bir vətəndaşımız xarici ölkələrə gedərkən mütləq şəkildə peyvənd olunmalıdırlar. Bu, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən vəsaitlərin azaldılması üçün yeganə üsul olmaqla bərabər, həm də ilk növbədə özümüzün sağ qalmağımızın və doğmalarımızın, dostlarımızın, iş yoldaşlarımızın ölüm təhlükəsindən qorunmasının əsas vasitəsidir. Ona görə də hər kəs vaksinasiya prosesində aktiv olsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya