Yayda ürəyi qorumağın yolları: Mütəxəssislər təsirli vasitələri sadalayıb
Yusif Nəzərli
01:30 24.06.2022
Sağlamlıq
677
Yay ayları ürək xəstələri üçün təhlükəli dövr hesab olunur. Əlbəttə ki, səbəb havaların istiləşməsi, temperatur yüksəkliyidir. Havaların istiləşməsi qanın qatılaşmasına səbəb olur ki, bu da qan dövranını çətinləşdirir, ürəyin ritmini pozur, nəticədə infarkt təhlükəsi artır. Lakin təhlükə təkcə ürək xəstələri üçün deyil, ümumilikdə hamı üçündür. Havaların istiləşməsi hətta sağlam insanları təhlükə altında qoya bilər. İstilərdən qorunmağın, ən əsası da ürəyi qorumağın yollarını türkiyəli kardioloq, professor Ahmet Karabulut açıqlayıb. “Şərq” “NTV.com.tr”yə istinadən professorun tövsiyə etdiyi 12 qoruma vasitəsini təqdim edir. Professor ilk növbədə isti havalarda su qəbulunun artırılmasını tövsiyə edir. Yay aylarında isti hava səbəbiylə bədən su itkisinə məruz qalır. Bədəndə toplanmış su ehtiyatı tər vasitəsiylə xaric olur. Bunu nəzərə alaraq gün ərzində 10 stəkan adi, təbii su içilməsi məsləhətdir. Bol miqdarda su içmək qanda qatılığın qarşısını alır, nəfəs darlığı aradan qalxır, ürək döyüntülərini sakitləşdirir, ürək sakit ritmlə döyünür. İsti havalarda bol su qəbul etmək orqanizmin dirənişini artırır. İkincisi, axşam yeməyinin vaxtı saat 21:00-dan ötməməlidir. Axşam saat 21:00-dan sonra qəbul edilən şam yeməyi qanda şəkərin miqdarını artırıb, qan təzyiqini yüksəldə bilər. Günəş şüasından uzaq durmaq, uzun müddət günəş şüaları ilə təmasda olmamaq da səhhəti qorumağın əsas şərtlərindəndir. Günəş şüasıyla uzunmüddətli təmas damar sərtliyinə, qanın qatılaşmasına səbəb olur. Xüsusilə günəşin yüksəldiyi saatlarda küçəyə çıxmamaq məsləhətdir. Əgər məcburiyyət varsa, o zaman mütləq istənilən formada baş örtüyündən istifadə etmək, çətir götürmək, ağ, açıq rəngli və təbii parçalardan tikilmiş libaslar geyinmək məsləhətdir. Günəş şüaları tünd rəngli parçalar üzərində daha yavaş hərəkət edir deyə, insan uzun müddət istiyə məruz qalır. Ağ, açıq rəngli parçalar isə günəş şüalarını geri qaytarmaq xüsusiyyətinə malikdir. Ona görə də bu cür libaslar insanı çox tərlətmir, bədənin rahat nəfəs almasını təmin edir. İsti havalarda çay və qəhvə kimi tərkibində kofein maddəsi olan içkilərə çox meyl etməmək gərəkir. Çünki kofeinli içkilər sidikqovucu təsirə malik olduğundan bədən su itkisinə daha çox məruz qalır. Qazlı içkilərdən də həmçinin uzaq durmaq lazımdır. Ən yaxşısı, meyvə suyu, ayran kimi təbii, sərinləşdirici içkilərdir. Alkoqollu içkilər və siqaret real təhlükə mənbəyidir. Ürəyin ritmini pozur və infarkta yol açır. Əlbəttə ki, kimyəvi qatqılı qidalar, şirniyyat, yağlı yeməklər də məsləhət deyil. Tərəvəzlərə, təzə meyvələrə, mədəyə ağırlıq verməyəcək yüngül yeməklərə üstünlük verilməlidir. İsti havalarda normal yuxu da əsas şərtdir. Yuxusuzluq ürəyin ritmini pozur, qanda şəkəri və xolesterolun miqdarını artırır, beynin aktivliyini zəiflədir. Yay aylarında gecə saatlarının azaldığını diqqətə alaraq yatmaq vaxtını irəli çəkmək lazımdır ki, heç olmasa, 7 saat normal yuxu almaq mümkün olsun. Üzməyi sevənlər də diqqətli olmalıdır. Xüsusilə soyuq dəniz sularında uzun müddət üzmək orqanizmin normal temperaturunun aşağı düşməsinə, nəticə etibarilə ürək ritminin pozulmasına, qan təzyiqinin düşməsinə, hətta ürəyin dayanmasına da səbəb ola bilər. Sağlamlıq üçün gün ərzində fasilələrlə, ümumilikdə 30 dəqiqə üzmək yetərlidir. Ürək çatışmazlığı olanların şaquli istiqamətdə deyil, sahilə paralel şəkildə üzmələri məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi