Ermənistanın xarici işlər naziri Qarabağa gəlir


Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 4-də işğal altındakı Dağlıq Qarabağa səfər edəcək.
APA -nın “Armenpress” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan mətbuat konfransında deyib.
Ermənistan xarici işlər naziri qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyan, Milli Assambleyasının prezidenti Aşot Qulyan və xarici işlər naziri Masis Mayilyanla görüşəcək.