Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun biri-birinə qarşı ittihamları daha da gərginləşib.
Xatırladaq ki, ADP sədri deputatı FETÖ terror təşkilatının üzvü olmaqda suçlayıb. Bu ittihama F.Mustafanın cavabı gecikməyib. Sherg.az-ın məlumatına görə millət vəkili deyib ki, Sərdar Cəlaloğlu onun FETÖ-çu olduğunu sübut etməsə nakişidir: “Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesaj göndərirəm. Öz adıma deyirəm, FETÖ-çu olan namussuzdur, nakişidir. Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin barı… İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”.
S.Cəlaloğlu yenidən deputatın fikirlərinə münasibət bildirib. “Yeni Sabah”a açıqlamasında ADP sədri deyib ki, Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin: “Bu məsələni mediada müzakirə etmək niyyətim yoxdur. Dövlət var, dövlətin müəyyən qurumları var. Buyursun DTX-ya müraciət etsin, məni də çağırsınlar, bildiklərimi deyim. Fazil Mustafa bunu eləmək əvəzinə, millət vəkilinə yaraşmayan tərzdə danışır, namus söhbəti edir. İndi mən də durum deyim ki, mənim PKK ilə əlaqələrimi sübut etməyən namussuzdur? Axı belə olmaz. Bu, bizə yaraşmaz”.
ADP sədri əlavə edib ki, o, özü Fazil Mustafa ilə bağlı DTX-ya müraciət emək istəyib. Lakin müavinləri onu fikrindən daşındırıb: "Bu adam Azərbaycanın tarixi şəxsiyyətlərini, xüsusilə Şah İsmayıl Xətaini aşağılamaqla məşğuldur. Mən də DTX-ya müraciət etmək istəyirdim ki, onun FETÖ ilə əlaqələrinin olub-olmadığı araşdırılsın. Amma müavinlərim bildirdi ki, Fazil Mustafa yanlışlığa yol verdiyini etiraf edib, deyib ki, gərək Şah İsmayılla bağlı müzakirələri akademik səviyyədə aparaydım. Bir növ geri çəkilib.
Ona görə mən də DTX-ya müraciət etməkdən vaz keçdim. Amma indi görürəm ki, məni təhqir edir”.
S.Cəlaloğlu PKK ilə əlaqələri barədə iddialara da aydınlıq gətirib. ADP sədri bildirib ki, PKK təmsilçiləri ilə görüşü 1992-ci ildə olub: "Onlar mənimlə görüşməzdən əvvəl Azərbaycanın bir çox siyasətçiləri ilə görüşmüşdülər. Özü də mən görüş zamanı bilmişəm ki, onlar PKK-nın nümayəndələridir. Azərbaycanda yaşayan kürdləri ermənilərlə vuruşmaqdan çəkindirməyə gəlmişdilər.
Mən də onlara dedim ki, erməni türkə, kürdə, talışa, ləzgiyə fərq qoymur. Kim müsəlmandırsa onu özünə düşmən sayır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərində baş verənlər də erməni-müsəlman davası kimi tarixə düşüb. Bundan sonra onlar dediklərinə təəssüf etdilər və geri qayıtdılar. Bu məsələ gündəmə gələndə mən DTX-ya müraciət etdim, PKK ilə əlaqələrim varsa, çıxarıb qoysunlar ortaya”.
Partiya sədrlərinin namus söhbəti: “Sübut etməyən nakişidir”
13:09 17.08.2019
Siyasət
930
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək
19:54 23.12.2024
Siyasət
Putin Bəşər Əsədlə görüşməyi planlaşdırır
19:48 23.12.2024
Dünya
Almaniya Danimarka ilə birgə Ukraynaya 15 tank göndərdi
19:42 23.12.2024
Hərbi
Bakıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB
19:36 23.12.2024
Hadisə
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var
19:30 23.12.2024
Cəmiyyət
Gürcüstan hökuməti Avropa yoluna sadiqdir - Baş nazir
19:24 23.12.2024
Dünya
Viktor Orban Azərbaycan Prezidentini təbrik edib
19:19 23.12.2024
Siyasət
XİN rəhbəri Zurabişvilini son addımlarına görə ciddi tənqid edib
19:13 23.12.2024
Siyasət
Türkiyə alimdən xəbərdarlıq: Smartfonla yatmaq...
19:05 23.12.2024
Sağlamlıq
Fikonun Ukraynaya mühazirə oxumağa haqqı yoxdur!- litvalı deputat
19:03 23.12.2024
Gündəm
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
18:52 23.12.2024
Siyasət
Fransa şampan sənayesinin qaranlıq üzü - İşçilər istismar olunur
18:46 23.12.2024
Dünya
Nəsimi rayonunda yanğın başlayıb - FOTO
18:40 23.12.2024
Hadisə
Nazarbayev İlham Əliyevə məktub göndərdi
18:34 23.12.2024
Siyasət
Bu bürclər şeytan tükü ilə doğulurlar...
18:32 23.12.2024
Cəmiyyət
Növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək
18:25 23.12.2024
Sosial
Möhtəşəm inkişaf, yüksəliş və ZƏFƏR
18:22 23.12.2024
Siyasət
Trampın niyyəti gərginlik yaratdı - “Təhlükəlidir”
18:18 23.12.2024
Gündəm
Mozambikdə qasırğa nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb
18:12 23.12.2024
Dünya
Dağıstan Xalq Məclisinin sədri Azərbaycanda səfərdədir
18:07 23.12.2024
Siyasət
Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib
17:53 23.12.2024
Gündəm
Zelenski Fitsonun Kremllə əlaqələrini araşdırmağa çağırdı
17:47 23.12.2024
Dünya
Qırğızıstan lideri İlham Əliyevə təbrik ünvanlayıb
17:41 23.12.2024
Siyasət
İdmançımız qələbəsini şəhidlərimizə həsr etdi -FOTO
17:36 23.12.2024
İdman
Xorvatiya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
17:32 23.12.2024
Siyasət