Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycanın Ermənistan tərəfindən işgal olunan Dağlıq Qarabağ ərazisində yaradılan qondarma qurum “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfərinə etiraz notası ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bu şəxslərin səfəri şəxsi xarakter daşıyıb.
Bu hadisənin Rusiya qanunvericiliyinə, beynəlxalq müqavilələrə və Rusiyanın Dağlıq Qarabağla bağlı məsələnin tənzimlənməsində vasitəçilik missiyasına zidd olmadığı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini əsirgəməyəcəyini bildirib.