Türkiyə Müdafiə Nazirliyi: “Tel-Abyaddakı terrorda 8 nəfər ölüb, 20 nəfər yaralanıb”


Suriyanın Tel-Abyad rayonunun cənubundakı Salık Atik kəndində PKK/YPG-li terrorçular tərəfindən terror aktı törədilib.

APA -nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yayılan məlumatda bildirilib.

Məlumata görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobillə edilən terror hücumunda 8 nəfər ölüb, 20 nəfər yaralanıb.