Ermənistanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Sisernakabert memorial kompleksində qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib, əbədi məşəl önünə əklil qoyub.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya XİN başçısı və nümayəndə heyətinin üzvləri daha sonra Xatirə Xiyabanından keçib, küknar ağaclarını suvarıb.
Qeyd edək ki, S. Lavrovun Ermənistana rəsmi səfəri noyabrın 10-da başlayıb.