Prezident İlham Əliyev E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.