YAP-ın namizədliyini irəli sürdüyü Yıldırım Fatma kimdir? - DOSYE

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında maraq doğuran isimlərdən biri də namizədliyi 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürülən Fatma Vidadi qızı Yıldırımdır.

Teleqraf.com Fatma Vidadi qızı Yıldırımın tərcümeyi-halını təqdim edir:

12 yanvar 1973-cü ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetini bitirib. Dövlət qulluğunun kiçik müşaviridir. Fizika-riyaziyyat elmlər namizədidir.

1994-1998-ci illərdə “Yusif-Ko” şirkətində kadrlar şöbəsinin müdiri, 1998-2001-ci ilərdə “Caspian American Telecom”da (CATEL) kadrlar üzrə müfəttiş, 2008-ci ildə “Kraun LTD”-də kadrlar şöbəsinin müdiri, 2009-2010-cu illərdə “Azəriqaz” İB Bakı şəhəri Qaz İstismarı İdarəsinin kadrlar şöbəsinin rəis müavini, 2010-2011-ci illərdə “Parabank” ASC-də İnsan Resursları Departamentinin direktoru, 2012-2016-cı illərdə Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsində Hüquq və təşkilati təminat şöbəsi müdirinin müavini, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin İnformasiya təminatı və insan resursları şöbəsinin müdiri olub.

Həmin ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kadr məsələləri şöbəsinin müdiridir.