“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrindəki davranışı həqiqətən də tarix kitablarına düşəcək bir davranış idi. Bir azərbaycanlı olaraq ölkə başçızımla bir daha qürur duydum”.
Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Analitik bildirib ki, cənab Prezident natiqlik ustalığından tutmuş tarixi faktlara, dəlillərə, sübutlara əsaslanaraq həqiqətən də Paşinyana bir "master-klass" keçdi, ona tarix, siyasət, beynəlxalq hüquq dərsi verdi:
“Azərbaycan Prezidenti bu qədər hazırlıqlı, özgüvənli, təcrübəli və bacarıqlı bir siyasətçidir. Nikol Paşinyan İlham Əliyevin qarşısında sadəcə olaraq universitetin 1-ci kurs tələbəsi səviyyəsində özünü göstərə bildi. Prezidentimizin nitq bacarıqları, xüsusən ingilis dilində özünü səlist və sərbəst ifadə edə bilməsi beynəlxalq auditoriyanın da diqqətini çəkdi.
Azər Həsrət: “Əminəm ki, ermənilər və bütün Ermənistan bu görüntülərdən sonra əzik durumdadır”
Əminəm ki, ermənilər və bütün Ermənistan bu görüntülərdən sonra əzik durumdadır. Yəni onların özləri də fərqindədirlər ki, qarşılarında çox yüksək səviyyədə bir dövlət, dövlət başçısı var. Düşünürəm ki, bundan sonra ermənilər özlərinə dərs çıxarmalıdırlar və nəhayət ki, Azərbaycanla dinc yolla anlaşmaya gəlməlidirlər. Anlaşmanın da nəticəsi Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın torpaqlarından çıxarmasıdır, Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Təbiidir ki, bizim erməni vətəndaşlarımızla Azərbaycan dövləti özü anlaşmalıdır. Cənab Prezident orada da qeyd etdi ki, əgər Ermənistan işin içində olmasa, əlbəttə ki, Azərbaycan dövləti öz erməni vətəndaşları ilə dil tapacaq. Sadəcə olaraq işğalçı var. Düşünürəm ki, bu cür görüntülər, davranışlar Azərbaycan dövlətinin qüdrətinin növbəti dəfə sübutu oldu. Ölkə başçısı ən yüksək ustalıq nümayiş etdirdi və hətta auditoriyada oturanlar da bunu öz mimikalarında, özlərinin münasibətində göstərdi, Paşinyanın sözü ağzında qaldı və onlar durub zalı tərk etməyə başladılar. Fakt odur ki, bu debatdan birmənalı şəkildə yüksək fərqlə cənab Prezident qalib çıxdı”.