Paşinyan Əliyevin qarşısında aciz qaldı: Prezidentimiz düşmənin yalanlarını ifşa etdi

"Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə çıxışı ilə bütün həqiqətləri dünyaya çatdırdı. Onun qarşısında aciz qalan Ermənistanın baş naziri Nikol Paşinyan işğal faktını etiraf etdi”.

Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, Münhendəki müzakirələrlə bütün dünya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha görməklə yanaşı, erməni mifi dağıdıldı:

 “Azərbaycan dövlət başçısı bizim haqlı olduğumuzu sübut etməmklə yanaşı, gələcəkdə münaqişənin hüquqi həll planını da dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.



Asim Mollazadə: “Beynəlxalq ictimaiyyət bundan sonra hüququn aliliyinin bərqərar olunması üçün çalışmalı, beynəlxaq təşkilatlar öz təməl sənədlərinə istinadən münaqişənin həllində Azərbaycana kömək etməlidirlər”


A.Mollazadə söyləyib ki, beynəlxalq ictimaiyyət bundan sonra hüququn aliliyinin bərqərar olunması üçün çalışmalı, beynəlxaq təşkilatlar öz təməl sənədlərinə istinadən münaqişənin həllində Azərbaycana kömək etməlidirlər.

Deputat qeyd edib ki, əks halda, Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir: 

“İstisna deyil ki, Ermənistan bundan sonra da öz oyunlarını, təxribatlarını davam etdirə bilər. Bölgənin əhəmiyyəti gündən-günə artır. Regionun aparıcı ölkəsi Azərbaycan olduğuna görə, biz beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu ölkələrinə sabitlik, əməkdaşlıq üçün hüququn aliliyinin bərqərarar olunmasını, BMT-nin qətnamələrinin icrasını tələb edirik”.