“Münhen debatı Paşinyanın reytinqinə zərbə vurdu” – AKTUAL

“Konfransından sonra Azərbaycanın mövqeləri möhkəmləndi. Ermənistan  informasiya müharibəsində çətinliklərlə üzləşdi”



“Dövlət başçısı İlham Əliyevin çıxışı zamanı informasiya müharibəsində Ermənistana qalib gəlməklə bağlı ortaya qoyduğu tezislər çox mühüm məsələdir”. 

Bu sözləri “Sherg.az”a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda  səsləndirdiyi fikirləri şərh edərkən politoloq Məhəmməd Əsədullazadə deyib.  

Ekspert qeyd edib ki, Prezidentin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm imkan idi: 



“Mühneh konfransında Azərbaycan və Ermənistan liderlərinin panel debatında Azərbaycan prezidenti İlham Əliyev erməni baş nazirə tarix dərsi keçməklə, bir növ beynəlxalq ictimaiyyəti münaqişənin mahiyyəti ilə tanış edib. Daha sonra bir çox beynəlxalq mərkəzlər Azərbaycanın bu məsələdə necə haqlı olduğunu gördü. Bu hərbidə Lələtəpə zəfərindən sonra Mühnendə Azərbaycan tərəfinin informasiya müharibəsində bir daha Ermənistan üzərində qələbəsi idi. Bu informasiya müharibısində əsas öncül Prezident İlham Əliyev oldu. Fikirlərimiz idman terminləri ilə ifadə etsək, deyə bilərik ki, Azərbaycan Prezidenti Paşinyana böyük xal hesabı ilə qalib gəldi. Münhen konfransından sonra Azərbaycanın mövqeləri daha da möhkəmləndi. Demək olar ki, Paşinyanın daxili reytinqinə zərbə vuruldu. Artıq Mühhen konfransından sonra Ermənistan tərəfi informasiya müharibəsində çətinliklərlə üzləşib”.