Britaniyada azərbaycanlılar aksiya keçirir: Ermənilərlə qarşıdurma - YENİLƏNİB

Bu gün azərbaycanlıların Londonda Ermənistanın təxribatlarına qarşı keçirdikləri aksiya zamanı qarşıdurma yaranıb.
Oxu.Az-ın xəbərinə görə, aksiya zamanı ermənilər yenidən təxribat törətməyə çalışıblar.
Amma polis müdaxilə etdikdən sonra ermənilər geri çəkiliblər.
Aksiya hazırda davam edir. Soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar olduğu barədə şüarlar səsləndirirlər.
Onlar “Sarı gəlin” mahnısını da ifa ediblər.

15:06
Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı BBC-nin qarşısında aksiya keçirirlər. 
Oxu.Az xəbər verir ki, iştirakçılar daha sonra Parlamentə doğru yürüş edəcəklər.