Özbəkistan portalları Azərbaycanın Zəfər paradından yazır


Özbəkistanın daryo.uz, zamin.uz, ason.uz və aniq.uz portalları Azərbaycan ordusunun Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilməsi haqqında özbək dilində məqalələr və videoreportaj yayıb.

AZƏRTAC xəbər verir ki, portallar hərbi paradda 3000 nəfərdən çox hərbçi, 150-dək müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi gəmilər və katerlərin nümayiş edildiyini yazıb.

Qeyd edilir ki, Zəfər paradında düşməndən qənimət kimi ələ keçirilən müxtəlif texnikanın bir hissəsi də göstərilib.

Məqalələrdə Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn hərbçilərimiz və qazilərimizin sayı haqqında da məlumat verilir.