Aydın məsələdir !- “Rusiya Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır” – Sərt cavab...!    


“Münaqişənin hələ də davam etdiyini göstərməyə cəhd edirlər”

“Hərbi və siyasi-diplomatik sahədə hücum taktikamızı davam etdirəcəyik”

“Yolumuzdan dönməyəcəyik. Azərbaycan torpaqlarının hər yerində bizim əsgərlərimiz olacaq” 



“Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verdi. Bir şəhidimiz üçün 6 erməni quldurunu məhv etdik”. 

Bunu “Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib. 

Politoloq vurğulayıb ki, Rusiya sülhməramlılarının separatçı rejimin tör-töküntüsü ilə yaxınlığı müəyyən fəsadlara səbəb olur: 



“Rus əsgərlərinin ermənilərlə qucaqlaşıb-opüşməsi, terrorçu Arayik Arutyunyanla əməkdaşlığı bölgədə gizlənmiş silahlıları həvəsləndirir. Himayədarlarına arxayın olan erməni silahlıları Azərbaycan Ordusunun əsgərlərinə hücum edərək vəziyyəti gərginləşdirməyə, münaqişənin hələ də davam etdiyini göstərməyə cəhd edirlər.

Aydın məsələdir ki, üç-beş quldurun terraktları sayəsində heçnə dəyişməyəcək. “Partizan müharibəsi” iddiasında olanlar öz istəklərinə nail ola bilməyəcəklər. Erməni quldurlarının bütün provokasiyalarına ən sərt formada cavab veriləcək. Hərbi və siyasi-diplomatik sahədə hücum taktikamızı davam etdirəcəyik.

Yolumuzdan dönməyəcəyik. Azərbaycan torpaqlarının hər yerində bizim əsgərlərimiz olacaq”.