Son günlər müzakirə olunan əsas məsələlərdən biri də YAP-da növbədənkənar qurultayın keçirilməsidir. İddialara görə, bu, yaxın vaxtlarda baş verəcək. “Sherg.az” olaraq yayılan informasiyanı dəqiqləşdirmək məqsədilə partiya səlahiyyətliləri ilə danışdıq. Təşkilatın üzvü, millət vəkili Siyavuş Novruzovun cavabı birmənalı oldu:
“Bilmirəm, xəbərim yoxdur”.
Böyük ümidlərlə digər partiya üzvü, millət vəkili Elman Nəsirova zəng etdik. Lakin o da xəbərə konkret münasibət bildirmədi:
“Son günlər bu məsələyə dair mənə çox zəng gəlib. Şəhid ailələrini ziyarət etməkdən ötrü rayona getmişdim. İnanın, xəbərsizəm. Heç bir məlumatım yoxdur”.