Kremlin minalı xəritə “canfəşanlığı”nın pərdəarxası... - ŞƏRH

Ötən günlərdə 15 terrorçu Ermənistana qaytarıldı. Bunun qarşılığında Füzuli və Zəngilanda 92 minlik minalı ərazilərin xəritəsi bizə verildi. Prosesin Rusiyanın  vasitəçiliyi ilə baş tutması çoxlarını təəccübləndirir. İndiyədək bütün  imkanları ilə “yumağı dolandıran” Moskva niyə birdən-birə belə addım atsın?

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə düşünür ki, bu, təəccüblü deyil. O, məsələ barədə fikirlərini “Sherg.az”la bölüşdü: 
“Fövqəladə vəziyyət yoxdur. Əksinə, gözlənilən idi. Çünki Rusiya vasitəçilərdən biridir. Həmçinin üçtərəfli bəyanatlara imza çəkənlərdən, yəni proseslərin xoş məcrada inkişaf etməsində maraqlı olanlardan biri də Kreml sahibi Vladimir Putindir. Odur ki, bundan təbii bir şey ola bilməz”.