Moskva təlaş içində: ABŞ, Polşa, Litva və Ukrayna hərbçiləri...

ABŞ, Polşa, Litva və Ukrayna hərbçilərinin iştirakı ilə iyulun 17-dən 30-dək “Üç Arzu-2021” adlı təlim keçiriləcək. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Təlimlər 1 200 hərbçi, 200-dən artıq hərbi texnikanın iştirakı ilə Lvov vilayətinin Yavorov poliqonunda baş tutacaq.



Millət vəkili Elman Məmmədov bu təlimlər barədə “Sherg.az”a danışdı: 

“Adətən belə hazırlıqlar döyüş qabiliyyətini artırmaq məqsədi daşıyır. İştirakçılar təlimin kiməsə qarşı olmadığını deyirlər. Qarşı tərəf isə- bu, indiki halda Rusiyadır- təlimləri öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

Hərçənd indiyədək kimsə Rusiyaya hücum etməyib, əksinə, özü separatçılıqla məşğuldur”.

E.Məmmədovun fikrincə, rəsmi Moskva təlaşlıdır: 

“Kreml narahatdır və adekvat tədbirlər görür. Çünki yaxşı bilir ki, özünün başqa ölkələrə etdiyi indi başına gələ bilər. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına”.