“Faktiki olaraq hələ ki, ortada konkret sənəd yoxdur”.
Bu sözləri Ermənistanla- Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması barədə “Sherg.az”a danışan keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Onun fikrincə, adekvat addımlar atılmalıdır:
“Düşmən yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırırsa, deməli, ərazi bütövlüyümüzü tanımır. Bu isə müharibənin davam edəcəyi deməkdir. Əgər belədirsə, biz də ona uyğun addımlar atmalıyıq. Lazım gələrsə, silahlı qüvvələrdən istifadə etməklə təhdid aradan qaldırılmalıdır”.